18 dekabr 2010 11:19

UEFA Moskva `Spartak`ını cəzalandırdı

UEFA-nın Nizam-İntizam Komitəsi Slovakiyanın `Zilina` və Rusiyann `Spartak` (Moskva) klublarını cəzalandırıb. Azerisport.az xəbər verir ki, buna səbəb Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində bu komandaların görüşündə baş verən hadisələr olub. UEFA NİK-i işə baxdıqdan sonra hər iki klub haqda ölçü götürməyi lazım bilib.
 
Beləliklə, müzakirələr nəticəsində çıxarılan qərara əsasən `Spartak` ÇL-in növbəti ev oyununu boş tribuna önündə keçirəcək. Cəza şərti xarakter daşıyır və iki illik sınaq müddəti ilə şamil olunur. Moskva klubu həmçinin azarkeşlərinin ləyaqətsiz hərəkətlərində təqsirləndirilir. Çünki, dekabrın 8-i Slovakiyada keçirilən həmin qarşılaşmada Moskva klubunun azarkeşləri tribunadan pirotexniki vasitələri yandıraraq meydana atmaqla, oyunun təxminən 15-20 dəqiqə dayanmasına səbəb olmuşdular. Məhz azarkeşlərinin belə öznaşnalığına görə, `Spartak`a 75 min avro pul cəriməsi də kəsilib. Həmçinin `Spartak`ın oyunçusu İbson bu oyunda qırmızı vərəqə aldığı üçün iki avrokubok oyunu cəzalanıb.
 
Yaraşmaz hərəkətlərə görə “Zilina” da cərimələnib. Kluba xəbərdarlıqla yanaşı 5 min avro cərimə kəsilib. Çünki `Spartak`ın səfərdə 2:1 qalib gəldiyi oyunda hakim Slovakiya klubunun futbolçularına beş sarı vərəqə göstərib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.