18 dekabr 2010 11:34
Ser Aleks Ferqyussonun MY-də qırmadığı rekord qalmadı
İngiltərənin `Manchester United` klubunun təcrübəli baş məşqçisi Ser Aleks Ferqyusson bu klubda növbəti rekordunu qırmaq ərəfəsindədir. Azerisport.az xəbər verir ki, karyerasının böyük hissəsini məhz Mançester klubuna həsr etmiş ünlü mütəxəssis bu bazar günü oynayacaqları `Chelsea` ilə qarşılaşmada Matt Busbiyə aid olan `Manchester United`ə ən uzun müddət xidmət etmiş məşqçi rekordunu qıracaq.
Artıq 24 ildir ki, “qırmızı şeytanlar”ı çalışdıran Ferqyusson, Matt Busbiyə aid olan rekordu bu bazar günü 1 ay 13 günlük fəqr ilə qırmış olacaq. Qeyd edək ki, `Manchester United`in hazırkı çalışdırıcısı bu vəzifəyə 1986-cı ildə gəlib və ilk çempionluğunu 4 il sonra əldə etməyi bacarıb.
