19 dekabr 2010 00:04

“Altılığ”ın rəngi müəyyənləşir, `Bakı` yuxudan ayılmaq istəmir

Premyer Liqanın 18-ci turunun ilk oyun günü bir çox mətləblərə aydınlıq gətirdi. Azerisport.az xəbər verir ki, məhz dekabrın 18-nə təsadüf edən 4 qarşılaşmanın nəticələri bir sıra mətləbləri üzə çıxardı.
 
Hər şeydən öncə onu qeyd etmək yerinə düşər ki, məhz 18-ci tur artıq iki komandanın “ilk altılıq”da olacağını dəqiqləşdirmiş oldu. Bunlar hazırkı liderlər - `Xəzər Lənkəran` və `Neftçi`dir. Məhz bu iki əzəli rəqibin topladığı xallar artıq ilk 6 klub sırasına düşmək istəyən `Bakı` üçün keçilməzdi. Yəni artıq bu iki komanda hətta son 4 oyununu uduzsa belə, ilk altı komanda arasındakı mövqeyini qoruya biləcək. Qalan 4 vəsiqənin taleyinə isə elə qarşıdakı 4 turda aydınlıq gəlmiş olacaq.
 
Təbii ki, `Xəzər Lənkəran`la `Neftçi`nin vaxtından öncə belə sevinməsində bu gün öz taleyi də həll olunan `Bakı`nın paytaxt derbisində `İnter`ə yenilməsi rol oynadı. Axı son turda `Neftçi` üzərində qələbə qazanan “zolaqlılar”  çempiona da qalib gələcəyi halda, ilk altılıq uğrunda mübarizəni qızışdırmış olacaqdı. Lakin hətta hesabı açmasına rəğmən, Vinfrid Şeferin yetirmələri sonda qələbəni əldən vermiş oldular. Çempionla oyunun qəhrəmanı olmağa yaxın ikən, antiqəhrəmana çevrilən fransalı müdafiəçi Stefan Barbikoninin avtoqolu hər şeyin sonu oldu. Nəticədə 6 xallıq mübarizəni uduzmaqla, “altılığ”a gedən yolda daha bir ağır zərbə alan paytaxt təmsilçisinin bu çətin vəzifənin öhdəsindən gəlib-gəlməyəcəyini zaman göstərəcək. Hər halda yaydan bəri sanki yuxuda olan bu komandanın hələ də həmin şoklardan yaxa qurtara bilməməsi diqqət çəkir.

Günün daha bir maraqlı oyunu Gəncədə baş tutdu. Burada yerli `Gəncə`nin ötən tur `Bakı`ya məğlub olaraq, ilk pilləni `Xəzər Lənkəran`a təhvil verən `Neftçi` ilə qarşılaşmada nəhayət sürprizə imza atacağına ümid edənlər olsa da, yenə heç nə dəyişmədi. Cari mövsümdə Premyer Liqa və ölkə kubokunu nəzərə alınmaqla, artıq üçüncü dəfə qarşılaşan komandaların görüşündə yenə paytaxt təmsilçisi vacib qələbə qazandı. Premyer Liqanın 10-cu turunda bu rəqibini 6:2, ölkə kubokunun 1/8 finalında 3:1 hesabıyla məğlub edən Arif Əsədovun yetirmələri bu dəfə də 4 cavabsız qolla 3 sahib çıxdı. Lakin bu qələbə cəmi bir neçə saatlıq zirvəni geri qaytaran `Neftçi`nin mövqeyini qorumasına imkan vermədi.
 
Çünki günün digər oyununda MOİK-in qonağı olan `Xəzər Lənkəran` Elvin Beqirinin qollarıyla sürprizə imkan vermədi. Cari mövsüm digər oyunlarda da fərqlənən albaniyalı müdafiəçinin bu dublu cənubluların yenidən zirvədəki yerini geri qaytarmasıyla nəticələndi. Ən azı növbəti turun `Qarabağ`la oyununa kimi, bu ünvan toxunulmazdı.
 
Hesabat turu `Qarabağ` üçün də istənilən kimi alındı. Premyer Liqa çərçivəsində son ev oyununu Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirən Ağdam təmsilçisi bu görüşdə qələbə qazanmışdı. Həmin görüşdə ölkə çempionu `İnter`ə qalib gəlib, səfərdə də `Simurq`a eyni aqibəti yaşadan Qurban Qurbanovun komandası bu dəfə 3 xalı 2 qolla əldə etdi. Görünür, artıq ardıcıl xal itkilərindən lazımı dərs çıxarılıb. Axı “altılıq” mərhələsinin startına 4 tur qalmış gözlənilməz zərbə almamaq üçün bu, çox vacibdi.
 
Premyer Liqa
18-ci tur
 
Qarabağ - Muğan - 2:0 (1:0)
 
Qollar: Rəşad Sadiqov, 40 (1:0). Vüqar Nadirov, 59 (2:0).
Vərəqələr: Devran Ayhan, 83 - Taqim Novruzov, 53, Miloş Zeçeviç, 58 – sarı.
Hakimlər: Ceyhun Haşımov, Elşən Acalov, İlham Əliyev, Anar Salmanov.
AFFA nümayəndəsi: Vaqif Məmmədov.
Hakim-inspektor: Murad Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
18 dekabr 2010. Saat 13:00. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. 1500 tamaşaçı.
 
Qarabağ: 1. Fərhad Vəliyev (k), 3. Aftandil Hacıyev, 4. Zaur Həşimov (13. Samir Abasov, 79), 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov, 7. Namiq Yusifov, 9. Elvin Məmmədov (72. Devran Ayhan, 65), 10. Emin İmaməliyev (17. Vüqar Nadirov, 43), 11. Rauf Əliyev, 25. Ansi Aqolli, 31. Andreys Rubins.
Ehtiyat oyunçular: 12. Sahil Kərimov, 2. Qara Qarayev, 8. Aslan Kərimov, 77. Georgi Adamiya.
Baş məşqçi: Qurban Qurbanov.
Muğan: 1. Amil Ağacanov (k), 3. Miloş Zeçeviç, 5. Novruz Məmmədov, 6. Taqim Novruzov, 8. Tural Axundov, 10. Saşko Pandev (17. Ravi Rəhmanov, 65), 19. Zaur Əsədov, 26. Ekrem Hodziç, 30. Anxel Qutyerres, 34. Cavad Mirzəyev, 77. Reis Klaudiney.
Ehtiyat oyunçular: 88. Kənan Bayramov, 9. Elşən Məmmədov, 18. David Svanidze, 21. Ceyhun Abdullayev, 25. Rüfət Məmmədov, 39. Samir Mustafayev.
Məşqçi: Bəhmən Həsənov.
 
Gəncə - Neftçi - 0:4 (0:1)
 
Qollar: Emil Mpenza, 37 (0:1), İqor Mitreski, 64 (0:2), Rəşad Abdullayev, 73 (0:3), Bahodir Nasimov, 90 (0:4).
Vərəqələr: Zura Dzamsaşvili, 42, Ramal Hüseynov, 44, Samir Zərgərov, 57, Edis Kurtanoviç, 90 - Ruslan Abışov, 33, Bahodir Nasimov, 85 – sarı.
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Azər Əsgərov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Gülağa Cabarov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
18 dekabr 2010. Saat 14:00. Gəncə şəhər stadionu. 8200 tamaşaçı.
 
Gəncə: 1. Еdis Kurtanoviç, 3. Vasif Haqverdiyev, 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 5. Mətləb Məmmədov, 6. Samir Zərgərov (17. Orxan Məmmədov, 90+2), 7. Ramal Hüseynov, 13. Zura Dzamsaşvili, 14. Rafael Əmirbəyov (18. İbrahim Hüseynov, 79), 25. Armand Feutchine (8. Georgi Seturidze, 70), 23. Junivan Suares.
Ehtiyat oyunçular: 16. Xəyal Zeynalov, 24. Levan Mdvinişvili, 20. Vladimir Kozlenko, 28. Patrik Nukeu.
Baş məşqçi: Fuad İsmayılov
Neftçi: 1. Rauf Mehdiyev, 2. Rail Məlikov (k) (18. Ruslan Əmircanov, 60), 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavko Georgiyevski, 10. Emil Mpenza, 11. Cavid Hüseynov (17. Araz Abdullayev, 84), 14. Bahodir Nasimov, 15. Ruslan Abışov, 25. Cavid İmamverdiyev, 27. Rəşad Abdullayev (19. Mirhüseyn Seyidov, 75).
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 8. Elmar Baxşıyev, 22. Ruslan Qurbanov, 26. Tərlan Quliyev.
Baş məşqçi: Arif Əsədov.
 
Bakı - İnter - 1:2 (0:0)
 
Qollar: Stefan Borbikoni, 51 (1:0), Stefan Borbikoni, 73-öz qapısına (1:1), Bronislav Çervenka, 81 (1:2).
Vərəqələr: Vadim Borets, 80, Vadim Borets, 80, Joel Epalle, 86 - Bronislav Çervenka, 75 – sarı. Vadim Borets, 80 – qırmızı.
Hakimlər: Vüsal Əliyev, Yaşar Abbasov, Ramiz Əsədov, Elçin Məmmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
18 dekabr 2010. Saat 16:30. Tofiq Bəhramov adına Respublika stadionu. 500 tamaşaçı.
 
Bakı: 23. Xalidu Sissoko, 4. Vadim Borets, 5. Stefan Borbikoni, 15. Cəmşid Məhərrəmov (k), 20. Fabio Luis Ramim, 29. Əziz Quliyev, 30. İbrahim Karqbo (2. Saşa Kaykut, 85), 32. Aleksey Savinov, 77. Aleksandar Soliç (10. Joel Epalle, 69), 85. Jaba, 99. Leonardo Roşa.
Ehtiyat oyunçular: 13. Aqil Məmmədov, 6. Dare Nibombe, 7. Mahmud Qurbanov, 21. Emin Cəfərquliyev, 55. Junior Osvaldo.
Baş məşqçi: Vinfrid Şefer.
İnter: 72. Dmitri Kramarenko, 8. Aleksandr Çertoqanov, 9. Rövşən Əmiraslanov (6. Dmitri Kruqlov, 59), 13. Bronislav Çervenka, 14. Petar Zlatinov (32. Robertas Poşkus, 73), 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 19. David Odikadze (21. Arif Daşdəmirov, 84), 20. Girts Karlsons, 44. Valeri Abramidze, 88. Kaxaber Mjavanadze.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 4. Danildo Assioli, 23. Şəhriyar Rəhimov, 35. Mario Sergio.
Baş məşqçi: Kaxaber Sxadadze.
 
MOİK - Xəzər Lənkəran – 0:2 (0:2)
 
Qollar: Elvin Beqiri, 26 (0:1), Elvin Be1iri, 39 (0:2).
Vərəqə: yoxdu.
Hakimlər: Rauf Cabbarov, Aydın Ələkbərov, Rza Məmmədov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 2 dəq.
18 dekabr 2010. Saat 17:00. “Şəfa” stadionu. 2100 tamaşaçı.
 
MOİK: 12. Davud Kərimi, 4. Vüqar Əsgərov, 6. Emin Mustafayev, 7. Cavidan Ağayev (2. Rəşad Hacızadə, 46), 13. Fərid Həşimzadə (k), 16. Nicat Tağıyev (17. Orxan Babayev, 60), 18. Rəfael Qəvami (11. Zaur Məmmədov, 74), 19. Nuran Qurbanov, 21. Natiq Əkbərov, 24. Ramil Əliyev, 26. Ruslan Hüseynov.
Ehtiyat oyunçular: 22. Taryel Hüseynov, 3. Ramid Nəsirov, 5. Ceyhun Adışirinov, 14. Cavid Rəhimov.
Baş məşqçi: Ramil Əliyev.
Xəzər Lənkəran: 1. Kamran Ağayev (k), 2. Elnur Allahverdiyev, 3. Elvin Beqiri, 6. Adrian İordaşe, 8. Konstantin Arbanas, 11. Asif Məmmədov (55. Tural Cəlilov, 79), 12. Allan Lalin, 14. Rahid Əmirquliyev, 18. Alim Qurbanov (30. Katalin Doman, 66), 20. Amid Hüseynov (15. Emeka Opara, 62), 21. Radomir Todorov.
Ehtiyat oyunçular: 31. Denis Romanovs, 7. Ruslan Poladov, 17. Ramazan Abbasov, 29. Fikrət Ulduzlu.
Baş məşqçi: Mirça Rednik.
 
1
XL
18
12
4
2
22-8
40
2
Neftçi
18
11
5
2
34-9
38
3
AZAL
17
9
6
2
23-9
33
4
İnter
18
9
4
5
16-13
31
5
Qarabağ
18
9
3
6
19-12
30
6
Qəbələ
17
8
5
4
17-7
29
7
Bakı
18
7
4
7
25-20
25
8
Gəncə
18
5
7
6
23-25
22
9
Muğan
18
4
5
9
8-21
17
10
Turan
17
2
5
10
13-26
11
11
Simurq
17
2
4
11
10-26
10
12
MOİK
18
1
2
15
5-39
5
 
Bombardirlər: Bahodir Nasimov (Neftçi) – 15, Junivan Suares (Gəncə) - 9, Qvidas Yuşka (AZAL), Deon Barton (Qəbələ) - 7.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.