18 dekabr 2010 12:03

Xalidu Sissoko: `İnter`lə oyunun favoriti bizik

`Bakı`nın qapıçısı Xalidu Sissoko azerisport.az saytına müsahibəsində Premyer Liqanın 18-ci turunun bu gün keçiriləcək `İnter`lə paytaxt derbisi öncəsi fikirlərini bölüşüb.
 
- Bu gün sizi çətin paytaxt derbisi gözləyir - `Neftçi` ilə oyundan sonra `İnter`lə görüşürsüz...
- `Neftçi`dən sonra `İnter` bizim üçün qorxulu deyil. Son turlarda bu komanda tez-tez xal itirir, ona görə biz sonadək döyüşməli olacağıq. Hesab edirəm ki, bu oyunun favoriti elə `Bakı`dı. Komandamız təmkinli oyun sərgiləyir. Əlbəttə, hərdən bizdə də alınmır. Ancaq `Neftçi` üzərində qələbə qara zolağa son qoymalıdı.
 
- Siz bu oyunu prinsipial hesab edirsiz?
- Əlbəttə, təkcə ona görə yox ki, eyni şəhəri təmsil edirik. Sadəcə hər iki komanda daima yüksək yerlər uğrunda mübarizə aparır. Azarkeşləri güzəştsiz mübarizə gözləyir. Kim birinci qol vurmağı bacarsa, çox böyük üstünlük əldə etmiş olacaq.
 
- `Bakı` daha çox hansı səbəbə `İnter` üzərində qələbə qazanmalıdı?
- Birincisi azarkeşlərimiz və prezidentimizə borcluyuq. Bir sıra oyunlarda biz çoxlu xallar itirdik və bu, əsəbləri bir qədər gərir. İndi borcumuzu qaytarmaq zamanıdı. İkincisi də bizə turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdırmaq lazımdı.
 
- `Bakı`nın son oyunlarında artıq meydanda daha uğurlu oyun sərgiləməyin nə ilə bağlıdı?
- Komandada böyük rəqabət var. Hətta qapıçılar arasında da. Əgər mən meydana çıxıramsa, qələbə naminə əlimdən gələni edirəm. Çalışıram ki, hamıya kömək edim. Meydanda mənə daha çox özünəəminlik gəlir. Və çox şadam ki, nəhayət baş məşqçimizin etimadını qazana bildim.
 
- Oyunla bağlı proqnozunuzu açıqlaya bilərsiz?
- Mən 2:0 hesabıyla qələbə qazanmağımızı istəyirəm. Allah eləsin ki, belə də olsun. `İnter` çox güclü komandadı, açıq futboldan çəkinmir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.