18 dekabr 2010 00:16

Paytaxt derbisi, mərkəzi oyun və ya Azərbaycan “Superkubok”u

Bu gün Azərbaycan Premyer Liqasının 18-ci turunun oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutacaq.
 
Hesabat turu `Qarabağ` – `Muğan` qarşılaşması ilə sürət toplayacaq. Premyer Liqa çərçivəsində son iki ev oyununu Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirən Ağdam təmsilçisi bu görüşdə qələbə qazanmışdı. 16-cı turda ölkə çempionu `İnter`i, son oyununda isə `Simurq`u eyni hesablarla (1:0) məğlub edən `Qarabağ` Salyan klubuyla dueldə də həmin uğurlarının davamını gətirməyə borcludu. Çünki ilk “altılıq”dakı yerini möhkəmləndirmək baxımından Qurban Qurbanovun komandasına 3 xal qazanmaq çox vacibdi. `Muğan`a gəlincə, bu komanda cari mövsümdə səfər oyunlarında uğursuz çıxış edir. Premyer Liqa oyunları çərçivəsində yalnız `Turan`la oyunda heç-heçə edən Salyan təmsilçisi səfərdə keçirdiyi digər görüşlərin hamısında məğlub olub. Müxtəlif altılıqlarda qərarlaşmış komandaları turnir cədvəlində 10 xal ayırır.
 
Günün növbəti oyunu Gəncədə baş tutacaq. Yerli `Gəncə` ötən tur `Bakı`ya məğlub olaraq, ilk pilləni `Xəzər Lənkəran`a təhvil verən `Neftçi` ilə qarşılaşacaq. Cari mövsümdə, Premyer Liqa və ölkə kubokunu nəzərə alınmaqla, artıq üçüncü dəfə qarşılaşacaq komandaların oyunlarında üstünlük paytaxt təmsilçisindədir. Premyer Liqanın 10-cu turunda `Gəncə`ni 6:2 hesabıyla məğlub edən Arif Əsədovun yetirmələri, ölkə kubokunun 1/8 finalında da rəqibindən üstün olmuşdular – 3:1. Lakin bu dəfə də həmin prosesin təkrarlanıb-təkrarlanmayacağı maraqla gözlənilir. Hər halda son dövrlər özünə bənzəmən `Neftçi` bu komandayla dueldə arxayınçılığa yol versə, `Gəncə`nin XL kimi, bu rəqibini də cəzalandırması istisna deyil.
 
Şənbə gününün mərkəzi qarşılaşması isə Bakıda baş tutacaq. Tofiq Bəhramov adına Respublika stadionunda ötən mövsümün qalibləri – kubokun sahibi `Bakı` ölkə çempionu `İnter`lə qarşılaşacaq. Bu komandalar arasında ilk dövrədə baş tutan oyun “bankirlər”in minimal hesablı qələbəsi ilə başa çatmışdı. Təsnifat mərhələsinin sonuna bir neçə tur qaldığını nəzərə alsaq, şənbə günü keçiriləcək oyunu “6 xallıq” saymaq olar. Hər halda qalib gələcəyi təqdirdə, bu rəqibiylə xallarını da bərabərləşdirmiş olacaq “zolaqlılar” ilk altılığa düşəcək. Eyni zamanda liderlər qrupundan geri qalmamaq üçün ölkə çempionuna da `Bakı` ilə oyunda qələbə çox vacibdir. Bir növ “ölkə superkubok”u hesab olunan bu qarşılaşmanın nəticəsinin digər komandalar üçün də az əhəmiyyəti olmadığını da vurğulayaq.
 
18-ci turun ilk oyun gününə MOİK – `Xəzər Lənkəran` qarşılaşması ilə yekun vurulacaq. Turnir cədvəlinin bir-birinə əks qütbündə qərarlaşmış komandalar fərqli məqsədlər uğrunda mübarizə aparır. Ötən tur liderliyə yüksələn cənub təmsilçisini Premyer Liqasında qalmaq uğrunda mübarizə aparan “hərbçilər”lə oyunun aşkar favoriti saymaq olar.
 
Hesabat turunun digər iki qarşılaşması isə bazar günü keçiriləcək. Hər iki qarşılaşma müxtəlif “alıtılıq”larda yer alan, lakin bir-birinə qonşu pillələrdə qərarlaşmış komandaların mübarizəsi ilə səciyyələnəcək. Belə ki, əsası gənc futbolçulardan təşkil olunmuş `Turan` və `Simurq` alt pillələrdən yaxa qurtarmaq üçün, son oyunlarında məğlubiyyətsiz seriyaları ilə seçilən AZAL və `Qəbələ` isə çempionluq uğrunda mübarizə aparır. 
 
Azərbaycan Premyer Liqası
18-ci tur
18 dekabr (şənbə)
 
Qarabağ - Muğan
Hakimlər: Ceyhun Haşımov, Elşən Acalov, İlham Əliyev, Anar Salmanov.
AFFA nümayəndəsi: Vaqif Məmmədov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 13:00.
 
Gəncə - Neftçi
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Azər Əsgərov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Gülağa Cabarov.
Gəncə. Şəhər stadionu. Saat 14:00.
 
Bakı - İnter
Hakimlər: Vüsal Əliyev, Yaşar Abbasov, Ramiz Əsədov, Elçin Məmmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 16:30.
 
MOİK - Xəzər Lənkəran
Hakimlər: Rauf Cabbarov, Aydın Ələkbərov, Rza Məmmədov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Bakı. “Şəfa” stadionu. Saat 17:00.
 
19 dekabr (bazar)
 
Turan - Simurq
Hakimlər: Ramil Diniyev, Habil Əliyev, Mehman Mahmudov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Tovuz. Şəhər stadionu. Saat 14:00.
 
AZAL - Qəbələ
Hakimlər: Rövşən Əhmədov, Munis Abdullayev, Mübariz Haşımov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. “Şəfa” stadionu. Saat 14:00.
 
1
XL
17
11
4
2
20-8
37
2
Neftçi
17
10
5
2
30-9
35
3
AZAL
17
9
6
2
23-9
33
4
Qəbələ
17
8
5
4
17-7
29
5
İnter
17
8
4
5
14-12
28
6
Qarabağ
17
8
3
6
17-12
27
7
Bakı
17
7
4
6
24-18
25
8
Gəncə
17
5
7
5
23-21
22
9
Muğan
17
4
5
8
8-19
17
10
Turan
17
2
5
10
13-26
11
11
Simurq
17
2
4
11
10-26
10
12
MOİK
17
1
2
14
5-37
5

 
Bombardirlər: Bahodir Nasimov (Neftçi) – 14, Junivan Suares (Gəncə) - 9, Qvidas Yuşka (AZAL), Deon Barton (Qəbələ) - 7.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.