18 dekabr 2010 00:26
Ronaldinyonun qardaşı onun yeni klubunun adını açıqladı
İtaliyanın `Milan` klubunda heç də işləri yaxşı getməyən və adı gündə bir komandayla yanaşı çəkilən braziliyalı ulduz futbolçu Ronaldinyoya yeni müştəri tapılıb. Azerisport.az xəbər verir ki, bu dəfə də `Barcelona`nın sabiq oyunçusuna ölkəsindən elçi düşən var.
“El Mundo Deportivo” nəşrinə açıqlama verən Ronaldinyonun qardaşı, eyni zamanda onun meneceri olan Roberto De Assis `Palmeiras`dan təklif aldıqlarını bildirib: “Gələn təklif həqiqətən çox cəlbedicidir. Lakin `Milan`la müqaviləmizin müddəti hələ gələn ilin iyun ayında bitəcək. Nələr olacağını qarşıdakı günlərdə görəcəyik”.
Qardaşı bu təklifin Ronaldinyonun da ürəyincə olduğunu bəyan edib: “Palmeiras`ın təklifi qardaşımı qururlandırdı və Braziliyaya dönməsinin heç də pis olmayacağını düşünür. Ronaldinyo artıq kuboklar qazanmaq istəyir. O, Braziliya çempionluğu, Libertadores kimi kubokları çox arzulayır. Bundan əlavə `Palmeiras` çox şöhrətli bir komandadı”.
