20 dekabr 2010 00:02
Türkiyə çempionatı: Əsas rəqibləri hamısı qazandı, `Beşiktaş` xal itirdi
Türkiyə Superliqasında 17-ci turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, hesabat turunun ilk oyun günündə cəmi bir qarşılaşma keçirilib. Superliqanın vahid lideri `Trabzonspor` doğma meydanda `Karabükspor`la qarşılaşıb və rəqibini yalnız görüşün 83-cü dəqiqəsindən sonraya təsadüf edən 3 cavabsız qolla məğlub edib.
İkinci oyun günündə isə son çempion `Bursaspor` da rəqibini darmadağınla məğlub edib. Lakin onlar `Genclerbirligi`nə səfərdə divan tutublar. `Kayserispor`un `Bucaspor`u yendiyi gündə `Fenerbahçe` də son vaxtlar vurduğu qollara komandasını ayaqda saxlamağı bacaran Aleksin sayəsində növbəti 3 xalına sahib çıxıb.
Nəhayət son oyun günündə həmyerlimiz Rəşad Sadıqovun komandası `Eskişehirspor` səfərdə autsayder `Kasımpaşa`ya qalib gəldiyi halda, `Galatasaray` da `Konyaspor`u minimal hesabla yenib. Ötən tur `Eskişehirspor`a məğlub olan `Beşiktaş` isə yenə xal itkisiylə üzləşib. Azarkeşsiz və neytral meydandan keçirilən qarşılaşmada "qara qartallar" yalnız 1 xal qazana bilib.
Türkiyə Superliqası
17-ci tur
17 dekabr
Trabzonspor – Karabükspor – 3:0
Qollar: Aktürk, 83-öz qapısına, Baytar, 90, Yılmaz, 90.
18 dekabr
Kayserispor – Bucaspor – 2:0
Qollar: Şişmanoğlu, 79; 83.
Genclerbirligi – Bursaspor – 1:5
Qollar: Aydoğdu, 26 – Sercan, 17; 45, Ozan, 28, Bahadır, 53, Nunes, 88.
Antalyaspor – Ankaragucu – 2:2
Qollar: Necati, 42; 81-pen. – Zevlyakov, 67, Sapara, 71.
Fenerbahçe – Sivasspor - 1:0
Qol: Aleks, 77.
19 dekabr
Manisaspor - İstanbul BB - 1:0
Qol: Kahe, 50.
Konyaspor - Galatasaray - 0:1
Qol: Anil, 81.
Kasımpaşa - Eskişehirspor - 0:2
Qollar: Batuhan, 40, Ümit, 89.
Beşiktaş - Gaziantepspor - 1:1
Qollar: Əli, 65 - Adin, 60.
| 1 | Trabzonspor | 17 | 13 | 3 | 1 | 40 | - | 10 | 42 |
| 2 | Bursaspor | 17 | 11 | 4 | 2 | 32 | - | 12 | 37 |
| 3 | Fenerbahce | 17 | 10 | 3 | 4 | 40 | - | 21 | 33 |
| 4 | Kayserispor | 17 | 9 | 5 | 3 | 22 | - | 12 | 32 |
| 5 | Besiktas | 17 | 8 | 4 | 5 | 25 | - | 18 | 28 |
| 6 | Karabukspor | 17 | 7 | 3 | 7 | 28 | - | 27 | 24 |
| 7 | Gaziantepspor | 17 | 6 | 6 | 5 | 15 | - | 15 | 24 |
| 8 | Istanbul BB | 17 | 7 | 2 | 8 | 20 | - | 18 | 23 |
| 9 | Galatasaray | 17 | 7 | 2 | 8 | 19 | - | 21 | 23 |
| 10 | Antalyaspor | 17 | 6 | 5 | 6 | 19 | - | 22 | 23 |
| 11 | Eskisehirspor | 17 | 5 | 7 | 5 | 17 | - | 17 | 22 |
| 12 | Manisaspor | 17 | 7 | 1 | 9 | 22 | - | 25 | 22 |
| 13 | Ankaragucu | 17 | 5 | 6 | 6 | 24 | - | 29 | 21 |
| 14 | Genclerbirligi | 17 | 4 | 5 | 8 | 16 | - | 28 | 17 |
| 15 | Sivasspor | 17 | 3 | 6 | 8 | 17 | - | 32 | 15 |
| 16 | Konyaspor | 17 | 3 | 5 | 9 | 17 | - | 27 | 14 |
| 17 | Bucaspor | 17 | 2 | 6 | 9 | 9 | - | 23 | 12 |
| 18 | Kasimpasa | 17 | 1 | 5 | 11 | 14 | - | 39 | 8 |
