20 dekabr 2010 00:20
İtaliya çempionatı: `Juve` `Roma`nın hədiyyəsindən istifadə edə bilmədi
İtaliya A Seriyasında 17-ci turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, hesabat turunun ilk oyun günündə 2 qarşılaşma baş tutub. `Cesena` – `Cagliari` duelində meydan sahibləri minimal hesablı qələbəyə sevinib. Günün digər matçında isə A seriyasının lideri `Milan` doğma meydanda izləyicilərindən olan `Roma`nı qəbul edib. Paytaxt təmsilçisi cari mövsümə pis başlasa da, son dövrlərdəki uğurlu çıxışının davamı kimi, Milanın eyniadlı klubuna qalib gəlməklə, vəziyyətini daha da yaxşılaşdırıb.
İkinci oyun günündə isə `Lazio` doğma meydanda `Udinese` üzərində qazandığı çətin qələbə sayəsində liderin xal itkisindən maksimum yararlanıb. Milanlıların daha bir yaxın izləyicisi `Napoli` də çətin qələbəyə sevinib. Neapollular doğma meydanda `Lecce`nin müqavimətini yalnız son saniyələrdə qıra biliblər. `Juventus` isə əksinə, səfərdə qazandığı qələbəni son dəqiqədə əldən verməsinə üzülüb.
Lakin son çempionun oyununun təxirə salındığı turun qapanış matçı baş tutmayıb. Nəticədə 17-ci tur məcburi təxirə salmayla yekunlaşıb.
İtaliya A Seriyası
17-ci tur
18 dekabr
Cesena – Cagliari – 1:0
Qol: Ximenes, 17.
Milan – Roma – 0:1
Qol: Boryello, 69.
19 dekabr
Lazio - Udinese - 3:2
Qollar: Ernanes, 2, Byava, 52, Sapata, 88-öz qapısına - Sançes, 50, Denis, 61.
Bari - Palermo - 1:1
Qollar: Masyello, 54-pen - İliçiç, 45.
Catania - Brescia - 1:0
Qol: Lopes, 34.
Chievo - Juventus - 1:1
Qol: Pellisye, 90 - Kvalyarella, 31.
Matçın 16-cı dəqiqəsində meydan sahiblərinin üzvü Markolini penaltidən yararlana bilməyib.
Napoli - Lecce - 1:0
Qol: Kavani, 90.
Parma - Bologna - 0:0
`Sampdoria` - `Genoa` görüşü qar yağışı səbəbindən təxirə salınıb.
`Fiorentina` - `Inter` matçı Milan təmsilçisinin klublararası dünya çempionatındakı iştirakı ilə əlaqədar təxirə salınıb.
| 1 | Milan | 17 | 11 | 3 | 3 | 29 | - | 13 | 36 |
| 2 | Napoli | 17 | 10 | 3 | 4 | 26 | - | 17 | 33 |
| 3 | Lazio | 17 | 10 | 3 | 4 | 24 | - | 16 | 33 |
| 4 | Juventus | 17 | 8 | 7 | 2 | 32 | - | 17 | 31 |
| 5 | Roma | 17 | 8 | 5 | 4 | 22 | - | 20 | 29 |
| 6 | Palermo | 17 | 8 | 3 | 6 | 29 | - | 22 | 27 |
| 7 | Inter | 15 | 6 | 5 | 4 | 20 | - | 14 | 23 |
| 8 | Sampdoria | 16 | 5 | 8 | 3 | 18 | - | 13 | 23 |
| 9 | Udinese | 17 | 7 | 2 | 8 | 21 | - | 21 | 23 |
| 10 | Chievo | 17 | 5 | 6 | 6 | 19 | - | 19 | 21 |
| 11 | Genoa | 16 | 6 | 3 | 7 | 13 | - | 15 | 21 |
| 12 | Catania | 17 | 5 | 6 | 6 | 14 | - | 18 | 21 |
| 13 | Cagliari | 17 | 5 | 5 | 7 | 19 | - | 16 | 20 |
| 14 | Bologna | 17 | 5 | 6 | 6 | 16 | - | 23 | 20 |
| 15 | Fiorentina | 16 | 5 | 4 | 7 | 16 | - | 17 | 19 |
| 16 | Parma | 17 | 4 | 7 | 6 | 14 | - | 20 | 19 |
| 17 | Brescia | 17 | 4 | 3 | 10 | 12 | - | 21 | 15 |
| 18 | Cesena | 16 | 4 | 3 | 9 | 11 | - | 20 | 15 |
| 19 | Lecce | 17 | 4 | 3 | 10 | 16 | - | 34 | 15 |
| 20 | Bari | 17 | 2 | 5 | 10 | 11 | - | 26 | 11 |
