19 dekabr 2010 02:27
Leonardro Roşa: `İnter`lə oyun mənim üçün xüsusi əhəmiyyət kəsb etmirdi
`Bakı`nın yarımmüdafiəçisi Leonardro Roşa Premyer Liqanın 18-ci turunda baş tutan `İnter`lə paytaxt derbisi haqda fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında “bankirlər”in sabiq, “zolaqlılar”ın hazırkı braziliyalı yarımmüdafiəçisi keçmiş komandasına 1:2 hesablı yenilgiylə bağlı bunları dilə gətirib:
“Oyun çox vacib olsa da, biz öz xallarımızı qazana bilmədik. Qələbə qazanmaq üçün üzərimizdə səylə işləməliyik. Mənim üçün `İnter`lə oyun xüsusi əhəmiyyət kəsb etmirdi. `Bakı`nın rifahı üçün mübarizə aparmaq vacibdir. O ki qaldı `Bakı`nın “altılığ”a düşməsinə, bu barədə konkret heç nə deyə bilmərəm”.
