19 dekabr 2010 15:06
`Qəbələ`nin oyunçusu xəstəxanalıq oldu
`Qəbələ`nin müdafiəçisi Nodar Məmmədov xoşagəlməz vəziyyətlə üzləşib. Azerisport.az xəbər verir ki, bu gün keçirilən Premyer Liqanın 18-ci turunun AZAL ilə səfər oyununun birinci hissəsinin sonuna yaxın şanssız şəkildə top bu futbolçuya toxunub. Zərbə qüvvətli alındığından, Nodar müvazinətini itirib.
Onu özünə gətirmək üçün həkimlər hətta xüsusi aparatlardan istiadə etməli olublar. Sonda yaxşı ki, futbolçu üçün hər şey istənilən kimi qurtarıb. Lakin meydana dönüşü mümkün olmayan Məmmədov əvəzlənib. Futbolçu isə təcili olaraq, yaxınlıqdakı xəstəxanalardan birin göndərilib.
