19 dekabr 2010 15:46
`Galatasaray`ın daha bir futbolçusunun qabırğaları qırılıb
`Galatasaray`ın daha bir futbolçusunun sıradan çıxdığı müəyyənləşib. Azerisport.az xəbər verir ki, həkim müayinəsi nəticəsində məlum olub ki, Barış Özbəkin qabırğasında çatlaq var.
Bu üzdən o, 17-ci turun `Konyaspor`la görüşünə aparılmayıb. Maraqlıdır ki, ötən həftə İstanbul klubunun aparıcı oyunçularından Sabri Sarıoğlunun da qabırğalarından qırıq aşkar edilmiş və ən azı 3 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilmişdi. Barışın təxminən nə qədər futbol oynaya bilməyəcəyi isə dəqiq bilinmir.
