19 dekabr 2010 16:43
Toni Adams: Nodarın üzləşdiyi hadisə oyunumuza təsirsiz ötüşmədi
`Qəbələ`nin baş məşqçisi Toni Adams bu gün Premyer Liqanın 18-ci turu çərçivəsində keçirilən AZAL ilə qarşılaşma haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, 2:2 hesabıyla nəticələnən prinsipial qarşılaşmadan sonrakı mətbuat konfransında ingilis mütəxəssis bunları söyləyib:
“Çox baxımlı və maraqlı oyunun şahidi olduq. Azarkeşlərin də bu günkü görüşdən zövq aldığını düşünürəm. Biz qələbəyə çox yaxın idik. Lakin sonda buraxılan qol heç-heçə ilə nəticələndi. Heyətimizdə bəzi itkilər var idi. Bütövlükdə komandamdan razıyam. Nodar Məmmədovun üzləşdiyi hadisə bizim oyunumuza təsirsiz ötüşmədi”.
