19 dekabr 2010 16:57
Berti Foqts AZAL - `Qəbələ` oyununu dəyərləndirdi
Premyer Liqanın bu gün keçirilən AZAL - `Qəbələ` görüşünü Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts da izləyib. Qarşılaşmadan sonra almaniyalı mütəxəssis azerisport.az üçün oyunu belə dəyərləndirdi:
“Maraqlı oyun alındı. Birinci hissədə `Qəbələ` çox gözəl oyun sərgiləyirdisə, fasilədən sonra da AZAL öz gücünü göstərdi. Mən düşünürəm ki, 2:2 hesabı elə qarşılaşmanın ən ədalətli nəticəsi idi”.
