19 dekabr 2010 17:26
Haciyevski: `Turan` bizdən bir az daha üstün oynadı
`Simurq`un baş məşqçisi Qyoko Haciyevski bu gün keçirilən `Turan`la səfər oyunu haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, Tovuzda qeydə alınan 1:1 hesablı oyundan sonra makedoniyalı mütəxəssis bunları söyləyib:
“Oyunun gərgin keçəcəyini bilirdik. `Turan`ın əvvəlki oyunlarını izləmişdik, təhlil etmişdik. Son zamanlar çox yaxşı oyun göstərirlər. `Turan` ev sahibi komanda olduğu üçün bizdən bir az daha üstün oynadı. Hər iki komanda əsasən gənc futbolçulardan təşkil olunub. Oyunun gedişatından razı qaldım, hər iki komandaya gələcək oyunlarda uğurlar arzulayıram”.
