19 dekabr 2010 17:33
Dzodzuaşvili təcrübəsizlikdən və meydandan şikayətləndi
`Turan`ın baş məşqçisi Revaz Dzodzuaşvili bu gün keçirilən Premyer Liqanın 18-ci turunun `Simurq`la ev oyunu haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, gürcü çalışdırıcı evdə qeydə alınan 1:1 hesablı heç-heçədən sonra bunları dilə gətirib:
“Həmkarımın dediklərinə qoşuluram, çox yaxşı oyun göstərdik. Bir çox qol imkanları yaratdıq, lakin istifadə edə bilmədik. Futbolçuların təcrübəsizliyi və meydanın pis vəziyyətdə olması daha yaxşı oynamağa imkan vermədi. İnanıram ki, komandam gələcəkdə daha da yaxşı oyun göstərəcək. Həm “Turan”a, həm də “Simurq”a uğurlar arzulayıram”.
