19 dekabr 2010 11:48

Ramim: Hakim penalti təyin etməliydi

`Bakı`nın yarımmüdafiəçisi Fabio Luis Premyer Liqanın `İnter`lə oyunundakı məğlubiyyətdən (1:2) sonra azerisport.az-ın suallarını cavablayıb.
 
- `İnter`ə qarşı oyunu necə qiymətləndirirsiz?
- Oyun çox uğursuz alındı. Baxmayaraq ki, hesabı komandamız açmışdı. Lakin bəzi anlarda sanki dayanırdıq. Bilmirəm niyə? Yəqin ki, minimal hesablı qələbəni qoruyub saxlamaq istəyirdik. Sadəcə, `İnter` kimi komandayla oyunda belə taktikaya əl atmaq çox çətindi. Bütövlükdə isə hesab bizim səhvlərimizi göstərir. Bu oyunda qələbə qazanmağı çox istəyirdik. Ancaq nə baş verdiyini bilmirəm. Alınmır.
 
- Komandanın ilk altılığa düşmək baxımından şanslarını necə qiymətləndirirsiz?
- Aydın məsələdi ki, ümid sonda ölür. Hər şeyə rəğmən, biz sonadək vuruşacağıq ki, `altılığ`a düşək. Bəli, vəziyyətimiz heç də sadə deyil. Qarşıda heç də asan olmayan oyunlar var.
 
- Yeri gəlmişkən, `Bakı`nın həmin 4 rəqibindən ikisi - `Qəbələ` və AZAL turnir cədvəlində sizi qabaqlayırlar...
- Mən artıq açıqladım ki, bizi heç də asan olmayan 4 oyun gözləyir. Ən azı ona görə ki, biz bu qarşılaşmaların hamısından qələbəylə ayrılmağa borcluyuq. Bilirsiniz ki, Azərbaycanda 4 oyunu ardıcıl qələbəylə başa vurmaq elə də adi hal deyil. Özü də belə çətin vaxtımızda. Komanda qara zolaqdadı və hələlik bundan çıxa bilməmişik.
 
- Bu günkü oyunun hakimliyini necə dəyərləndirərdiz?
- Hakimlik bu gün yaxşı idi. Yalnız iki vəziyyətdə kobud səhvlərini çıxmaq şərti ilə. Qırmızı vərəqə anından Vadim Borets hakimi nəzərdə tutmurdu. Belə görünür ki, referi onun bizlə danışdığını başa düşmədiyi üçün meydandan qovdu. Sonuncu dəqiqədəki vəziyyətə gəlincə, hakim penalti təyin etməli idi. Çünki hücum anında rəqib oyunçu komanda yoldaşımızı cərimə meydançasının içində əliylə saxladı. Sadəcə, hakim bu anı gözdən qaçırdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.