20 dekabr 2010 00:06

Lazımsız, yoxsa ədalətli heç-heçələr?

Futbol üzrə Azərbaycan Premyer Liqasında daha bir tur arxada qaldı. Azerisport.az xəbər verir ki, əsas qarşılaşmaları ilk oyun günündə keçirilən turun son günündə cəmi 2 qarşılaşma baş tutdu.
 
Məlum olduğu kimi, hər iki qarşılaşma müxtəlif “alıtılıq”larda yer alan, lakin bir-birinə qonşu pillələrdə qərarlaşmış komandaların mübarizəsi kimi səciyyələndirilirdi. Əsası gənc futbolçulardan təşkil olunmuş `Turan` və `Simurq` alt pillələrdən yaxa qurtarmaq üçün, son oyunlarında məğlubiyyətsiz seriyaları ilə seçilən AZAL və `Qəbələ` isə mükafatçılar sırasına düşmək üçün mübarizə aparır.
 
Son dövrlər heç də pis təsir bağışlamayan, ölkə kubokunda `Qarabağ`ı mübarizədən kənarlaşdıran Tovuz klubunun Qyoko Haciyevskinin gənclərini doğma divarlar arasında məğlub etməsi gözlənilən idi. Lakin meydan sahibləri qələbə hesabı qoruyub saxlaya bilmədilər. `Bakı` üzərindəki sensasion qələbənin memarı olan kapitan Samir Əliyev bu dəfə də səhnəyə çıxaraq, komandasını yenilgidən qurtardı. Bu, həm də əsas rəqiblə ümumi mübarizədə fərqin böyüməməsinə şərait yaratdı. Hər halda `Turan` bu nəticəyə görə nə qədər təəssüflənirsə, `Simurq`un da sevinməyə ixtiyarı var. Qazanılan 1 xal olsa da belə...
 
Digər matçda isə cari mövsümün sürpriz kollektivləri üz-üzə gəlirdi. Bu mövsüm sərgilədiyi oyunla, qazandığı nəticələrlə özündən kifayət qədər söz etdirməyi bacaran Nazim Süleymanovun komandası növbəti qələbəsini qazanmaqla liderlərlə arasındakı xal fərqinin əriməməsini istəyirdi. Ancaq mövsümə uğursuz başlayan, ardından qələbəsizlik seriyası yaxalayan, son 10 oyunda qapısında qol görməyən Toni Adamsın komandası da Bakıya uduzmaq üçün gəlmədiyini elə ilk dəqiqələrdən isbatladı.
 
Əslində, qəbələlilər ikinci erkən qolu vuranda paytaxt təmsilçisinin oyunda dönüş yaradacağını yəqin ki çoxları ağlına gətirmirdi. Axı uzun müddət idi qapısında qol görməyən Adamsın komandası buna qadir idi. İlk yarının son dəqiqələrində “təyyarəçilər” ilk cavab qolunu vurmaqla, bölgə təmsilçisinin, eləcə də qapıçısı Pavel Dorosevin uzunmüddətli seriyasına son qoydular. Lakin gəlin etiraf edək ki, qəbələlilərin bu qolu buraxmasında komanda yoldaşları Nodar Məmmədovun aldığı uğursuz zərbə nəticəsində şok keçirməsinin də az rolu olmadı.
 
`Qəbələ`nin ikinci qolu buraxması isə daha çox meydan sahiblərinin əzmkarlığı və müəyyən mənada Adamsın da dediyi kimi, yorğunluqdan irəli gələ bilər. Amma istənilən halda bütün bunlar həyata keçirdiyi dəyişikliklərlə oyuna öz damğasını vuran Nazim Süleymanovun baş məşqçi işinə qətiyyən kölgə sala bilməz.
 
Premyer Liqa
18-ci tur
 
AZAL - Qəbələ - 2:2 (1:2)
 
Qollar: Arif İsayev, 3 (0:1), Milan Antiç, 19 (0:2), Qvidas Yuska, 45+5 (1:2). Robert Petrov, 90 (2:2).
Vərəqələr: Aqil Nəbiyev, 68, Mirko Bunyevçeviç, 85 - Yaşar Abuzərov, 32, Abdulkader Kamara, 57, Bruno dos Anjos, 69 – sarı.
Hakimlər: Rövşən Əhmədov, Munis Abdullayev, Mübariz Haşımov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə - 5 dəq.; II hissədə - 3 dəq.
19 dekabr 2010. Saat 14:00. “Şəfa” stadionu. 1000 tamaşaçı.
 
AZAL: 12. Cahangir Həsənzadə, 2. Robert Petrov, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 10. Nuqzar Kvirtiya, 13. Draqan Mandiç, 14. Elvin Əliyev, 15. Qvidas Yuska, 16. Samir Abdulov (8. Eleandro Pema, 35), 17. Vüsal Qarayev (23. Pius İkedia, 62), 21. Mirko Bunyevçeviç.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 4. Namiq Abdullazadə, 18. Orxan Səfiyaroğlu, 19. Hüseyn Axundov, 22. Anar Həsənov.
Baş məşqçi: Nazim Süleymanov.
Qəbələ: 12. Pavel Dorosevs, 3. Nodar Məmmədov (18. Qoqa Beraya, 45), 6. Lyuba Baranin (k), 7. Yaşar Abuzərov, 9. Bruno dos Anjos (20. Kristian Torres, 87), 10. Deon Barton, 14. Milan Antiç, 16. Abdulkader Kamara, 17. Arif İsayev, 33. Saşa Yunisoğlu (4. Ramin Quliyev, 54), 34. Stiv Olfers.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sergey Sokolov, 15. Razvan Tarlea, 26. Namiq Əliyev.
Baş məşqçi: Toni Adams.
 
Turan - Simurq - 1:1
 
Qollar: Muammer Erdoğdu, 34 (1:0). Samir Əliyev, 49 (1:1).
Vərəqələr: Muammer Erdoğdu, 45+2 - Elçin Xəlilov, 29, Yasin Abbasov, 90+2 – sarı.
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Habil Əliyev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
19 dekabr 2010. Saat 14:00. Tovuz şəhər stadionu. 2500 tamaşaçı.
 
Turan: 85. Kamal Bayramov, 2. Hüseyn İsgəndərov, 3. Vurğun Hüseynov (k), 5. Muammer Erdoğdu, 10. Xəyal Qarayev (20. Şəhriyar Xəlilov, 29), 14. Viktor Qonta, 15. Cavid Tağıyev, 18. Hafiz Əliyev, 21. Rəşad Orucov, 24. Georgi Çediya (7. Qalib Əmrahov, 68), 45. Fərmayıl Əliyev.
Ehtiyat oyunçular: 12. Şamil Saidov, 11. Azər Məmmədov, 17. Orxan İsmayılov, 19. Rəşid Həsənov, 22. Məhərrəm Müsümzadə.
Baş məşqçi: Revaz Dzodzuaşvili.
Simurq: 22. Adnan Hodziç, 28. İlkin Qırtımov (27. Ramil Sayadov, 46), 5. Elvin Yunusov, 6. Mikayıl Rəhimov, 7. Samir Əliyev (k), 8. Qərib İbrahimov, 9. Əli Bağırov, 10. Vasif Əliyev (11. Yasin Abbasov, 46), 14. Anar Həsənli, 17. Rüstəm Məmmədov, 23. Elçin Xəlilov (20. Elnur Abbasov, 90+3).
Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 2. Elşən Əliyev, 15. Elvin Musazadə, 18. Elnur Yusifov.
Baş məşqçi: Qyoko Haciyevski.
 
1
XL
18
12
4
2
22-8
40
2
Neftçi
18
11
5
2
34-9
38
3
AZAL
18
9
7
2
25-11
34
4
İnter
18
9
4
5
16-13
31
5
Qəbələ
18
8
6
4
19-9
30
6
Qarabağ
18
9
3
6
19-12
30
7
Bakı
18
7
4
7
25-20
25
8
Gəncə
18
5
7
6
23-25
22
9
Muğan
18
4
5
9
8-21
17
10
Turan
18
2
6
10
14-27
12
11
Simurq
18
2
5
11
11-27
11
12
MOİK
18
1
2
15
5-39
5
 
Bombardirlər: Bahodir Nasimov (Neftçi) – 15, Junivan Suares (Gəncə) - 9, Qvidas Yuşka (AZAL) - 8, Deon Barton (Qəbələ) - 7

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.