20 dekabr 2010 00:48
`Gəncə` ilə oyunda qayıtmışdı, `Gəncə` ilə oyunda zədələndi
`Neftçi`nin və milli komandamızın müdafiəçisi Rail Məlikov yenidən zədələnib. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçunun son turun `Gəncə` ilə oyununun gedişində sıradan çıxıb.
Nəticədə qarşılaşmanın 60-cı dəqiqəsində baş məşqçi Arif Əsədov onun əvəzində meydana Ruslan Əmircanovu buraxıb. Lakin həkim müayinəsindən sonra, Railin növbəti turun `Turan`la oyununda iştirak edə biləcəyini bildirirlər.
