20 dekabr 2010 01:52

Berti Foqts: Üç oyun izləsəm də, yeni heç nə görmədim

Futbol üzrə milli komandamızın baş məşqçisi Berti Foqts Premyer Liqanın AZAL - `Qəbələ` görüşündən sonra azerisport.az və `Zerkalo`nun suallarını cavablayıb.
 
- AZAL ilə `Qəbələ`nin oyununu necə qiymətləndirərdiz?
- Maraqlı oyun alındı. Birinci hissədə `Qəbələ` çox gözəl oyun sərgiləyirdisə, fasilədən sonra da AZAL öz oyununu tapdı və gücünü göstərdi. Mən düşünürəm ki, 2:2 hesabı elə qarşılaşmanın ən ədalətli nəticəsi idi.
 
- 18-ci turda 3 oyunu canlı izlədiniz. Özünüz üçün yeni nəsə tapa bildinizmi?
- Heç nə. Mən bu oyunlara kimi bütün futbolçuları tanıyırdım. Odu ki, hələlik heç bir yenilik yoxdu.
 
- Ola bilərmi ki, yeni ili Azərbaycanda qeydə edəsiniz?
- Mən Bakıda çox oluram. Bura mənim işimdi. Yeni ilə gəlincə, onu evdə keçirəcəm.
 
- Dekabrın 21-də AFFA tərəfindən millinin ən yaxşı oyunçularının mükafatlandırılması mərasimi keçiriləcək. Bəlkə buna görə?
- Təəssüf ki, mən orda ola bilməyəcəm. Qayıtmalıyam. Katoliklərdə Milad günü olduğundan, buna görə getməliyəm. Sadəcə 18-ci turun oyunlarına baxmaq istəyirdim, bax buna görə qalmışdım.
 
- Siz Qurban Qurbanov və Vinfrid Şeferlə görüşəndən sonra bildirilirdi ki, Premyer Liqanın digər klublarının çalışdırıcılarıyla da görüşəcəksiz...
- Mən kimlərlə lazım idisə, onlarla görüşdüm.
 
- Yeri gəlmişkən, sizin `Bakı`dakı həmkarınızla görüşünüz qeyri-formal xarakter daşıyıb. Dəqiqdi ki, restoranda görüşmüsüz? Siz çoxdan dostluq edirsiz?
- Mən onunla birgə futbol oynamışam. Üç dəfə Almaniya çempionatını qazanmışıq. Biz yaxın dostuq.
 
- Hələ qarşıdakı Dubay toplanışının planlarını müəyyənləşdirməmisiz?
- Biz 2011-ci ilin sonuna kimi bütün planımızı müəyyənləşdirmişik. Dubayda isə biz iki yoldaşlıq oyunu keçirəcəyik. Həm də bu, artıq dəqiqdi.
 
- Təsadüfən həmin rəqiblərin kimliyi bəlli deyil?
- Bunu hələlik sizə deyə bilmərəm. Belə heç özüm də dəqiq bilmirəm. Nə vaxt dəqiqləşsə, sizə deyərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.