20 dekabr 2010 14:39
Belçikada da Mpenzanın qolundan danışırlar
`Neftçi`nin belçikalı hücumçusu Emil Mpenzanın Premyer Liqanın son turunda `Gəncə`nin qapısından keçirdiyi qol ölkəsində də diqqətdən kənarda qalmayıb. Azerisport.az xəbər verir ki, Belçika mətbuatı həmyerlilərinin `Neftçi`nin heyətində daha bir qol vurmasını vurğulayaraq, onun komandasının hazırda turnir cədvəlinin ikinci pillədə qərarlaşmasını da vurğulayıb.
Qeyd edək ki, bu oyunda paytaxt təmsilçisi səfərdə 4:0 hesablı qələbə qazanmışdı ki, komandasının da ilk qolunu 40-cı dəqiqədə məhz Mpenza vurmuşdu.
