20 dekabr 2010 14:55

ŞOK! Tovuzda `Simurq`un oyunçularını döyüblər

Premyer Liqanın sonuncu – 18-ci turu daha bir qalmaqalla yadda qalıb. Azerisport.az xəbər verir ki, Tovuzda keçirilən `Turan` - `Simurq` qarşılaşması diqqətdən kənarda qalsa da, Zaqatala klubunun rəsmi saytı vasitəsilə yayımlanan bəyanat böyük bir qalmaqalı üzə çıxarıb.
 
Məhz həmin oyundan sonra futbolçularının yerli oyunçular tərəfindən fiziki təzyiqlərə məruz qaldığını iddia Zaqatala klubunun rəhbərliyi bununla bağlı artıq Peşəkar Futbol Liqasına rəsmi məktub da ünvanlayıb. Yaxşısı budu elə hər şeyi həmin məktubdan oxuyaq:
 
“Bildiyiniz kimi, 19 dekabr 2010-ci il  tarixində `Turan` - `Simurq` futbol klubları arasında Premyer Liqanın 18-ci turunun oyunu keçirildi. Matçdan sonra xoşagəlməz bir halı nəzərinizə çatdırırıq. Belə ki, oyun bitdikdən sonra `Simurq` PFK-nın oyunçuları soyunub-geyinmə otağına yolanmış və bir neçə dəqiqə sonra `Turan` PFK-da çıxış edən bir neçə yerli və əcnəbi oyunçuların hücumuna məruz qalmışlar. Bu hadisədə `Simurq` PFK-nın oyunçuları ciddi xəsarətlər almış və bununlada onların səhhətlərinə zərər yetirilmişdir. Bütün bunları nəzərə alaraq, sizdən xahiş edirəm ki, baş verənlərə hüquqi qiymət verib, bununlada futbolumuza xələl gətirən “Turan” PFK-nın futbolçuları haqqında ciddi ölçü götürəsiz”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.