20 dekabr 2010 15:17
Azərbaycanlı futbolçu Rusiya Premyer Liqasında hamını qabaqladı
Rusiya Premyer Liqasının son mövsümünün “qol+ötürmə” üzrə ən məhsuldar oyunçu `Lokomotiv`in Azərbaycan əsilli futbolçusu Aleksandr Əliyev olub. Azerisport.az xəbər verir ki, bu haqda qonşu ölkənin “Sport-Ekspress” nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, Ukrayna millisinin şərəfini qoruyan 25 yaşlı yarımmüdafiəçisi mövsüm ərzində vurduğu 14 qol və 6 ötürmə ilə bütün həmkarlarını qabaqlamağı bacarıb.
