20 dekabr 2010 15:56

“Turan`a qalib gəlib, XL-nın `Qarabağ`la oyununun nəticəsini gözləyəcəyik”

`Neftçi`nin və milli komandamızın müdafiəçisi Rail Məlikov azerisport.az saytına müsahibəsində Premyer Liqanın 18-ci turu çərçivəsində `Gəncə`yə qarşı keçirilən oyundan danışıb, ilin ən yaxşı futbolçu və məşqçi namizədini açıqlayıb.
 
- Son turda `Neftçi` yenə `Gəncə`ni böyük hesabla məğlub etdi. Bu tendensiya nə ilə bağlıdı?
- `Gəncə` çox çətin rəqibdi. Xüsusilə onlarla evdə oynayanda rəqiblərə çətin olur. Biz onları son oyunlarda 6:2 və 3:1 hesabıyla məğlub etmişdik. Son oyun da çətin oldu. İlk 20 dəqiqədə `Gəncə`nin hesabı açmaq üçün nə qədər şansları oldu. Ancaq onlar öz qol vəziyyətlərindən dəyərlənə bilmədilər. Biz isə ələ düşən imkanlardan dəyərlənib 4 qol vurduq və görüşün taleyini həll etdik. Düşünürəm ki, `Neftçi` layiqli qələbə qazandı. Həmçinin `Gəncə`yə də yaxşı oyuna görə təşəkkür etməyə dəyər, sona qədər mübarizədə güzəştə getmədilər.
 
- `Bakı`yla oyundakı yenilgidən sonra özünüzə tez gələ bildiniz...
- `Bakı`ya qarşı oyunda çoxlu səhvlər etdik, `Gəncə` ilə oyunda isə tam fərqli futbol sərgilədik. Biz dərhal özümüzü ələ alıb, söz verdik ki, qış fasiləsi ərəfəsindəki son iki oyunda qələbə qazanaq. `Neftçi` əsl xalq komandasıdı və 1 məğlubiyyət bizi ruhdan sala bilməz.
 
- Növbəti turda `Turan`la oyununuz var. Həmin oyundan nə gözləyirsiz?
- `Gəncə`ylə oyunda əvvəlki zədəm özünü hiss etdirdi. Buna görə 64-cü dəqiqədə meydanı tərk etmək məcburiyyətində qaldım. Ancaq hər şeyi edirəm ki, `Turan`la oyunda iştirak edə bilim. Bizdə mənsiz də kifayət qədər zədəli var idi. İndi də mən zədələndim. Tovuzlularla da oyun çətin olacaq. Onlarla oyun daha çətindi, nəinki `Bakı` və `Gəncə`. Onlar `Neftçi`yə qarşı necə oynamaq lazım olduğunu yaxşı bilirlər. Tovuzdakı oyunda 2:2 hesabı qeydə alınmışdı. Ancaq bu dəfə həmin səhvlər təkrarlanmamalıdı. Qəbəbə qazanmaq və 2010-cu ili layiqli başa vurmaq istəyirik.
 
- `Neftçi` çempionatı lider kimi başa vura bilərmi? Bu, nə dərəcədə vacibdi?
- Əgər `Turan`a qalib gəlsək, `Xəzər Lənkəran`la `Qarabağ`ın necə oynamalı olduğunu gözləyəcəyik. Qurban Qurbanovun komandası həmişə liderlərə qarşı çox gözəl oyun sərgiləyir. Əgər onlar `Xəzər Lənkəran`ı dayandıra bilsə, onda biz birinci pillədəki mövqeyimizə qayıda bilərik.
 
- Başa çatmaqda olan ilin ən yaxşı futbolçusu kimi hesab edirsiz?
- Şübhəsiz ki, bu, Rəşad Sadıqovdu. O, bu ili əla keçirdi: həm `Qarabağ`da, həm də milli komandada. `Eskişehirspor`da zədə problemiylə üzləşməsəydi, yəqin ki, əsas heyətdə oynamaqda davam edəcəkdi.
 
- Bəs ən yaxşı məşqçi?
- Qurban Qurbanova rəqib yoxdu. `Qarabağ` da klublar arasında ən yaxşısıdı. Yığma isə ayrıca tarixdi. Onları eyniləşdirmək olmaz.
 
- Siz də digər idman növbləri ilə maraqlanırsızmı? Orda kimi qeyd edə bilərsiz?
- Digər idman növblərində qələbələr çox olub. Dərhal seçim etmək bir qədər çətindi. Şahmat, cüdo, güləşdə 2010-cu il üçün xeyli uğurlar qazanılıb. Yalnız ən yaxşı məşqçi Fərid Mansurov, ən yaxşı idmançı isə onun tələbəsi olan Həsən Əliyevi göstərə bilərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.