20 dekabr 2010 16:21
`Inter` baş məşqçi dəyişikliyinə hazırlaşır
`Inter` klubunun rəhbərliyi baş məşqçi dəyişikliyinə hazırlaşır. Azerisport.az xəbər verir ki, bu haqda İtaliya mətbuatı iddia irəli sürüb. Yerli həmkarlarımızın iddiasına görə, Milan təmsilçisinin baş məşqçisi Rafael Benites, komandaya klublar arasında keçirilən dünya çempionluğunu qazandırmağı bacarsa da, postunda qalması artıq çətin görünür.
`La Gazetta dello Sport`un yazdığı xəbərə görə klub prezidenti Massimo Moratti, komandanın aparıcı oyunçularıyla münasibətləri heç də qaydasında olmayan məşqçini qovmaqla, vəziyyəti düzəltmək istəyir. A seriyasında işləri heç də yaxşı getməyən son ölkə çempionunun başbilənləri artıq Benitesə əvəzləyici də tapıb. Bu, vaxtilə `Roma`dakı işiylə tanınan, hazırda isə Rusiyanın `Zenit` klubunda çalışan Luçano Spallettidi.
