20 dekabr 2010 19:36
Lyuba Baranin 2013-cü ilə qədər `Qəbələ`də
`Qəbələ` klubu etibarlı müdafəçilərindən sayılan Lyubo Baraninlə müqaviləsini yeniləyib. Azerisport.az xəbər verir ki, 2009-2010 mövsümünün əvvəlindən `Qəbələ`də çıxış edən və aut atışlarının mahir ifaçısı kimi tanınan Baranin daha 2,5 il – 2013-cü ilin iyunun 30-dək əyalət klubunun şərəfini qoruyacaq.
Qeyd edək ki, Baranin Serbiya vətəndaşıdır və 2009-cu ilin yayında sözügedən ölkənin `Bezaniya` klubundan transfer olunub.
