20 dekabr 2010 19:40
Premyer Liqa klubu 17 yaşlılarını da Türkiyəyə göndərir
2009-2010 mövsümündə U-17 komandaları arasında ölkə çempionu olan `Qəbələ` FK-nın 17 yaşlılardan ibarət komandası çempionatın ikinci dövrəsinə hazırlıq məqsədilə Türkiyəyə yollanacaq. Azerisport.az xəbər verir ki, AFFA tərəfindən gerçəkləşdiriləcək səfərdə heyətin 25 üzvü iştirak edəcək. Komandanın Antaliyada “Limak Limra” otelində yerləşməsi planlaşdırılır.
Yanvarın 13-dən 21-ə kimi davam edəcək hazırlıq prosesi zamanı 2 yoldaşlıq oyununun keçirilməsi gözlənilir. Rəqiblər səfəröncəsi dəqiqləşəcək.
