20 dekabr 2010 11:42
XL `Qarabağ`la oyunun hazırlıqları üçün Lənkərana getdi
Premyer Liqanın sonuncu – 18-ci turunda səfərdə MOİK üzərində qazanılan asan qələbədən (2:0) sonra `Xəzər Lənkəran`ın futbolçularına bir günlük istirahət verilib. Azerisport.az xəbər verir ki, komanda dekabrın 20-də, yəni bu gün səhər saatlarında Bakıda bir araya gələrək Lənkərana yola düşüb.
Növbəti tur çərçivəsində dekabrın 23-də baş tutacaq `Xəzər Lənkəran` – `Qarabağ` oyununa Lənkəran təmsilçisi məhz doğma şəhərdə hazırlaşacaq. Komandanın bu gün axşam saatlarında öz meydanında ilk məşqə çıxması da planlaşdırılır.
