20 dekabr 2010 11:54
Nodar Məmmədov evə buraxılıb
`Qəbələ`nin müdafiəçisi Nodar Məmmədov xəstəxanadan evə buraxılıb. Azerisport.az xəbər verir ki, artıq həkimlər onun səhhətinin qaydasında olduğunu və heç bir həyati təhlükəsinin olmadığını bildiriblər.
Xatırladaq ki, millimizə də çağırılan Nodar dünən keçirilən AZAL ilə oyun zamanı topun sifətinə dəyməsi nəticəsində huşunu itirmişdi. Nəticədə oyunu davam etdirə bilməyən futbolçu dərhal xəstəxanaya qaldırılmışdı.
