20 dekabr 2010 00:11
A seriyasında da bir oyun təxirə salındı
Avropa ölkələrini bürüyən qar yağışları İtaliyadan da yan keçməyib. Azerisport.az xəbər verir ki, bu günə təyin olunan əksər qarşılaşmalar keçirilsə də, A seriyasının 17-ci turunun qapanış matçı – Bakı vaxtı ilə saat 23:45-də başlamalı olan `Sampdoria` - `Genoa` qarşılaşması başqa tarixə keçirilib.
Qeyd edək ki, bu turun daha bir qarşılaşması - `Fiorentina` - `Inter` matçı da Milan təmsilçisinin klublararası dünya çempionatındakı iştirakı ilə əlaqədar təxirə salınmışdı.
