20 dekabr 2010 12:28

Saşa Yunisoğlu: AZAL-la oyunda biz 2 xal itirdik, rəqib isə 1 xal qazandı

Azərbaycan millisinin və `Qəbələ` futbol klubunun müdafiəçisi Saşa Yunisoğlu Premyer Liqanın 18-ci turunun AZAL ilə oyunundan (2:2) sonra azerisport.az saytının suallarını cavablayıb.
 
- Siz ikinci hissədə nə səbəbə əvəz olundunuz?
- Oyundan 3 gün öncə mən soyuqlamışdım. Məşqlərdə də iştirak edə bilmirdim. Oyuna isə dərman içib çıxmışdım. Hələ birinci hissədən özümü pis hiss etməyə başlamışdım. İkinci hissəyə çıxanda söz verdim ki, 15-20 dəqiqə də davam edə bilərəm. Belə vəziyyətdə sadəcə komandaya verə bilməzdim.

- Nəticədə siz qələbəni əldən verdiniz, baxmayaraq ki, hesabı açmışdınız...
- Bu, bizim üçün çox vacib oyun idi. Əsas rəqibimizi udmaqla, onlarla xal fərqini azaltmış olacaqdıq. Ondan sonra mükafatçılar sırasına düşmək baxımından da işimizi yüngülləşdirəcəkdik. Amma yenə ilk altılıqda qalmaq şanslarımızı qoruyub saxlayırıq.
 
- Birinci hissədə `Qəbələ` AZAL-ı tam üstələyirdi...
- Fasilə biz 5:1 hesabıyla öndə də gedə bilərdik, ancaq 2:1 alındı. Şübhəsiz ikinci hissədə psixoloji yüksəliş rəqibin tərəfində idi. Axı ilk qolu onlar paltardəyişmə otağında vurdular. Bizdə anlaşılmaz bir vərdiş yaranıb – qol vururuq, qapımıza çəkilirik.
 
- Nodar Məmmədovun məcburi əvəzlənməsi sanki komandanızın oyununu pozdu...
- Öncədən gözlənilməyən fasilə idi. Bir qədər oyundan soyuduq. Əlbəttə, belə vacib oyunçumuzun hədər yerə belə aqibətlə üzləşməsi xoş deyildi. Ancaq hər şeydən önəmlisi Nodarın hazırda qaydasında olmasıdır. Həkim müayinəsindən sonra onu ayağa qaldırmaq mümkün oldu. Düşünürəm ki, biz bu günkü oyunda iki xal itirdik, AZAL isə əksinə 1 xal qazandı.
 
- 10 oyunluq quru seriyanızın qırılmasına məyus oldunuz?
- Şübhəsiz bu, komandanı məyus etdi.  Əlbəttə, bu seriya gec-tez qırılmalı idi. Ancaq biz mümkün qədər davam etdirmək istəyirdik. Ancaq hər şeydən çox qələbəni əldən verməyimizə üzülürük. Hansı ki, biz onu qazanmağa daha çox layiq idik.
 
- Buna görə danlanan oldumu?
- Mən heç kimi təqsirləndirə bilmərəm. Hansı ki, bunu Toni Adams da eləmədi. Biz səfərdə özümüzdən yuxarıda qərarlaşan komandaya uduzmamışıq. Özü də 10 oyundan çoxdu ki, məğlub olmuruq..

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.