21 dekabr 2010 13:46
AFFA 2010-cu ilin ən yaxşılarının adını açıqladı
Bu gün AFFA 2010-cu ilin yekunları ilə bağlı “Landmark”ın “Rotunda” zalında mükafatlandırma mərasimi təşkil edib. Azerisport.az xəbər verir ki, məhz tədbirin gedişində yola saldığımız ilin aşağıda adları çəkilən lauratlarına xüsusi mükafatlar təqdim olunub:
Mahir Şükürov (millidə ən çox oyun keçirdiyinə görə)
Jalə Məmmədova (ilin ən yaxşı qadın futbolçusu)
Vitali Borisov (ilin ən yaxşı futzalçısı)
Emin Kürdov (ilin ən yaxşı çimərlik futbolçusu)
Rəşad Sadıqov (ilin ən yaxşı futbolçusu)
