21 dekabr 2010 13:59
Rəşad Sadıqov: Türkiyədən gələndə mükafat alacağımı bilmirdim
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov 2010-cu ilin ən yaxşı futbolçusu adını qazanmasına dair fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində təcrübəli müdafiəçi bunları söyləyib:
“Əvvəllər mən qəzet tərəfindən təşkil olunan mükafata sahib çıxmışdım. Amma bu dəfəki mükafatımın özəlliyi ondadır ki, bu, sırf millidəki çıxışıma görədi. Açığı Türkiyədən qayıdanda bu mükafatı alacağımı bilmirdim. Birinci olduğuma görə sevinirəm. Kapitan həmişə öndə olmalıdı”.
