21 dekabr 2010 14:04
Millimizin 9 fevralda qarşılaşacağı rəqibi müəyyənləşdi
Futbol üzrə Azərbaycan milli komandasının fevral ayının 9-da qarşılaşacağı rəqibin kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi komandamız həmin gün Macarıstan millisiylə qüvvəsini sınayacaq.
Qeyd edək ki, bu sınaq görüşü Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində baş tutacaq. Macarıstan yığması hazırda FİFA-nın reytinq cədvəlində 632 xalla 42-ci pillədədir.
