21 dekabr 2010 14:14
“Çalışacağam ki, milli komandaya daha çox kömək edim”
Azərbaycan millisində 2010-cu ildə ən çox oyun keçirən futbolçu kimi mükafata sahib çıxan Mahir Şükürov bu əlamətdar hadisəylə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında əsas komandamızın və Rusiyanın `Anji` klubunun yarımmüdafiəçisi bunları söyləyib:
“Bu il yığmada ən çox oyun keçirmişəm. Mənim üçün sevindirici hadisədi. Düşünürəm ki, digər oyunçularımız da bu mükafata layiq idi. Çalışacağam ki, milli komandaya daha çox kömək edim”.
