21 dekabr 2010 14:29
Vitali Borisov: Komandada məndən də yaxşı oyunçular var idi
Futzal üzrə milli komandamızın üzvü Vitali Borisov 2010-cu ilin ən yaxşı futzalçısı adını qazanması ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında təcrübəli oyunçu bunları bildirib:
“Şadam ki, məni ən yaxşı seçiblər. Ancaq bu təkcə mənim yox, bütün komandamızın xidmətidi. Düşünürəm ki, komandamızda məndən də yaxşı futzalçılar var idi. Hər halda onların hamısına təşəkkürümü bildirirəm ki, mənə kömək edirdilər”.
