21 dekabr 2010 15:14
Dünya futbolunun əfsanələri Bakıya gələcək
Gələn il Azərbaycan futbolunun 100 illik yubileyi münasibəti ilə möhtəşəm tədbirlərin keçirilməsi planlaşdırılır. Azerisport.az xəbər verir ki, AFFA rəhbərliyi artıq indidən bu yubileyi yüksək səviyyədə qeyd etmək üçün fəaliyyətə başlayıb.
AFFA-nın baş katibi Elxan Məmmədov bu barədə məlumat verərkən bildirib ki, həmin tədbirlərə dünya futbolunun əfsanəvi adamlarını çağırmağı planlaşdırırlar.
