21 dekabr 2010 01:22
“Hər gün komandamın qələbə qazanması üçün dua edirəm”
`Bakı`nın belçikalı yarımmüdafiəçisi İbrahim Karqbo da Premyer Liqasının 19-cu turu çərçivəsində keçiriləcək `Qəbələ` – `Bakı` oyunu öncəsi klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, legioner futbolçu da həmin oyunda mütləq qələbə qazanmalı olduqlarını bildirib:
“Çempionatın final mərhələsinə adlamaq üçün şanslarımız tükənmək üzrədir. Yaxşı başa düşürük ki, bizi Bakıya nə üçün dəvət ediblər. Yarım ildir ki, Azərbaycandayam. Bura böyük ümidlərlə gəlmişəm. Etiraf edim ki, hələlik işlərimiz yaxşı getmir. 14 ildir ki, peşəkar futboldayam. Bizə nöqsanları aradan qaldırmaq üçün bir az vaxt lazımdır. Klubumla ən azı bir mükafat qazanmalıyam ki, rahat olum. Vəziyyətimiz gərgindir. İnanıram və ümidim var ki, biz ilk altılığa düşəcəyik. Hər gün `Bakı`nın qələbə qazanması üçün dua edirəm. Qəbələdə qələbə qazanaraq, rəhbərlik başda olmaqla bütün klubumuza yeni il hədiyyəsi etməliyik”.
