21 dekabr 2010 01:57

“Hakimlərin bəzi qərarları klubların futbol oynamaq arzusunu öldürür”

AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev azerisport.az və “Zerkalo”nun suallarını cavablayıb. O, bu ilin yekunlarından danışıb, hakimliklə bağlı duruma öz münasibətini açıqlayıb.
 
- Sizin üçün 2010-cu il necə keçdi?
- Mənim fikrimcə, hazırkı il futbolumuz üçün heç də pis keçmədi. Bunu həm Azərbaycan millisinə, həm də daxili yarışlara aid etmək olar. Uşaq futbolunun inkişafı yönündə çoxlu müsbət məqamlar oldu. Xüsusilə U-13, U-15, U-17, U-19 liqalarının keçirilməsi baxımından.
 
- Premyer Liqada sizi hər şey qane edir?
- Oyun keyfiyyəti yaxşıya ümid etməyə çağırır. Ancaq bu, futbolsevərlərin gözlədiyi deyil. Həmçinin hakimlərə öz işlərinə diqqətli yanaşmağı təmənna edirəm. Mütəmadi olaraq hakimlik ətrafında baş verənlər onların xeyrinə deyil. Əgər Azərbaycan futbolunun tərəqqisini istəyiriksə, biz sağlam rəqabət qurmalıyıq.
 
- Deməli, hakimlikdən hələ narazısız?
- Hazırda bizi hakimlər ətrafında baş verən təzyiqlər narahat edir. Belə deyək, tam razı deyiləm. Hər dəfə hakimlik keyfiyyətinin yaxşılaşdırmasına kömək edirik. UEFA xətti ilə müxtəlif seminarlar keçiririk. Hakimlər öz toplanışlarını Türkiyədə keçirirlər. Orada da xüsusi pedaqoqlar onlara dərslər verirlər. Ümumilikdə onlara maddi tərəfdən də bütün imkanlar yaradılıb. Neqativ amillər futbolumuza heç nə verməyəcək. Azərbaycan çempionatı ən yaxşı komandanı müəyyən etməlidir. Ancaq hakimlərin bəzi qərarları komandaların futbol oynamaq arzusunu öldürür.
 
- Hesab etmirsiniz ki, hakimlər qeyri-qənaətbəxş hakimlikdən əlavə, mətbuatda həddindən çox danışır və mübahisə edirlər?
- Təkcə bu yox, hakimlərimiz hətta özlərini yaxşı aparmırlar. Onlar əvvəllər bir oyuna 200 manat alırdılar. İndi isə 90 dəqiqəyə 800 manat alırlar. Belə qazanclarla ölkəmizdə hər kəs öyünə bilməz. Onlar öz intizamını yaxşılaşdırmalıdırlar. Xaqani Məmmədov və Gülağa Cabbarov əvvəllər mənə deyirdilər ki, hakimlər yoxdur, biz gənclər üzərində işləyirik. Əzizlərim, artıq beş il ötüb, hanı bu hakimlər? Biz nə görürük? Bir ixtisaslaşdırılmış hakim on oyun idarə edir. Ümumiyyətlə hesab edirəm ki, hakimlər komitəsinin işinə heç kim qarışmamalıdır. Hər yerdə hakimlər səhv edir. Ancaq biz elə etməliyik ki, səhvlər mümkün olduqca az olsun və hakimlər haqda bizdəki kimi çox danışılmasın.
 
- Sirr deyil ki, AFFA-nın işini ən çox Azərbaycan yığmasının nəticələri əsasında qiymətləndirilər. Ölkənin birinci komandasının çıxışından razısınız?
- İlin axırında milli komandanın yerli oyunçulardan ibarət olduğunu demək çox fərəhlidir.
 
- Deməli, Berti Foqtsun qarşısında bu məqsəd qoyulmuşdu?
- Əlbəttə. Axı bu Azərbaycan yığmasıdır. Siz yığmada çox sayda legionerin oynadığını xatırlayırsınız. Türkiyə üzərində qələbə (1:0) böyük ajiotaj doğurdu. Sonra nə gördük – Çernoqoriya ilə simasız oyun (0:2). Yığma bir oyunda yox, daim sabit oynamalıdır. Bu komandadan Avropa çempionatında və Olimpiadada qələbə tələb etmirik. Ancaq yığma uduzanda belə layiqli oynamalıdır.
 
- Berti Foqtsun işi AFFA-nı qane edir?
- Mən tez-tez komanda ilə oluram. Adətən səfər oyunlarında. Keçirilən məşqlərin keyfiyyəti xoşumuza gəlir. Oyunçularımızın məşqlərə münasibəti dəyişib. İndi biz FIFA reytinqinin ilk yüzlüyündəyik. İl ərzində biz 30-40 pillə irəliləmişik. Bu artıq tərəqqidir.
 
- Amma almaniyalı bəzi faktlardan narazıdı. Xüsusilə, legionerlərin keyfiyyətindən və onların Premyer Liqada daha çox ön planda olmasından...
- Artıq bəzi klublarımız yerli gənc oyunçulara üstünlük verməyə başlayıblar. Onlar hamısı futbolumuzun gələcəyidi. Vaxt gələcək ki, həmin oyunçular milli komandamıza da çağırılmağa başlayacaqlar və legionerlər belə çox olmayacaq. Əgər əcnəbilər keyfiyyətli oyun sərgiləsəydilər, onda onların əleyhidarları olmazdı. Ancaq onların da sərgilədiyi oyunun keyfiyyəti yüksək deyil.
Milliyə hər kəsin bir qədər ciddi münasibət bəsləməsi lazımdı. Bəzi futbolçular var ki, klubunda heyətə düşmədiyi halda, Foqts milliyə çağırır və özünü göstərə bilir. Axı belələrinə oyun təcrübəsi lazımdı. Belə futbolçulara klublarında da lazımı şans verilməlidi ki, seçmə mərhələdə, əsas komandamızın oyunlarında öz sözünü deyə bilsinlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.