21 dekabr 2010 15:58
`Zenit`in 4 futbolçusu Azərbaycan millisində
Dekabrın 23-dən 30-a qədər Bakı şəhərində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, Olimpiya Yığmalarının Təlim-Məşq Mərkəzində keçiriləcək hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısı belədi:
Elxan Məmmədov (MKT-Araz), Kazım Kazımlı, Orxan Sadıxlı (Xəzər Lənkəran), Ruslan Cəfərov, Rəşad Əzizov, Fuad Bayramov, Aleksandr Qross (hamısı `İnter`), Vüqar Bəybalayev, Nurlan Novruzov (hər ikisi `Bakı`), Müşfiq Teymurov, Murad Musayev (hər ikisi `Qəbələ`), Məqsəd İsayev, Emil Balayev, Ruslan Tağızadə, Slavik Alxasov, Kərim Diniyev, Tural Adıgözəlov, Elşən Abdullayev (`Neftçi`), Akif Tağıyev, Qüvvət Əmrahov (hər ikisi `Turan`), Mehdi Rəsulov, Emin İbrahimov (hər ikisi `Abşeron`), Ruslan Bədəlov (Olimpiya, Volqoqrad, Rusiya), Tural Hümbətov, Elçin Hüseynov, Rizvan Umarov, Azər Abbasov (hamısı `Zenit`, Rusiya), Əli Əliyev (Zirka, Ukrayna).
