21 dekabr 2010 17:04

Elxan Məmmədov: 2016-cı ilədək Foqtsun yığmamızda qalıb-qalmayacağı bilinmir

AFFA-nın baş katibi Elxan Məmmədov bu günkü mərasimdən sonra jurnalistlərə müsahibə verib. Azerisport.az həmin müsahibəni təqdim edir.
 
- 2010-cu ildə ən böyük uğurunuz nədən ibarət oldu?
- Ümumiyyətlə, 2010-cu ili qənaətbəxş hesab edirik. Ən böyük uğurumuz ondan ibarətdir ki, 2012-ci ildə 17 yaşadək qızlar arasında dünya çempionatı Azərbaycanda keçiriləcək. Təbii ki, bu amil bizi çox sevindirir. Fikrimcə, Azərbaycan idman ailəsi üçün bu, çox önəmli, əlamətdar hadisədir. Bu qərar 2010-cu ildə FİFA tərəfindən qəbul olunub və bizi çox sevindirir.
 
- Bəs milli komandamızın çıxışlarını necə dəyərləndirirsiniz?
- Bir misal çəkim: 2 il öncə FİFA reytinqində Azərbaycan millisi 142-ci pillədə idi. Amma 2010-cu ilin son reytinqində komandamız ilk “100-lüy”ə düşüb, 98-ci yerdədir. Bu, böyük nailiyyətdir və yığmamızın inkişaf etdiyinin, gəncləşdirmə prosesinin uğurla aparıldığının sübutudur. Gənclərdən ibarət yığmalarımız uğurlu nəticələri ilə bizi sevindirir. Bildiyiniz kimi, 19 yaşlılardan ibarət yığmamız Azərbaycan futbolu tarixində ilk dəfə A səbətinə düşüb. Bu da çox sevindirici amildir. 19 yaşlılarımız artıq Avropa çempionatının püşkatma mərasimində A səbətində yerləşdirilmişdi. UEFA-nın reytinqində isə komandamız 26-cı pilləyədək irəliləməyə nail olub. Bu da təbii ki, böyük nailiyyətdir.
 
- Bugünkü mərasimdə ötənilkindən fərqli olaraq, ən yaxşı qapıçı nominasiyasında mükafatlandırılan olmadı. Səbəbini nədə görürsünüz?
- Ötən il Kamran Ağayevə ən yaxşı qapıçı üçün təsis olunan mükafatı təqdim etmişdik. Ağayev həqiqətən də ən yaxşı qapıçımızdır. Ona qiymət verməmək ədalətsizlik olardı. Biz belə düşündük ki, ona ədalətlə yanaşmaq lazımdır. Bu il isə Mahir Şükürovun millidə ən stabil oyun sərgilədiyi qənaətinə gəldik. Düşündük ki, Şükürovun əməyinə qiymət verilməməsi ədalətsizlik olardı.
 
- Yığmamızın baş məşqçisi Berti Foqts 2016-cı il Avropa çempionatının final mərhələsini hədəflədiyini bildirib. Siz isə böyük hədəflərinizi 2012-ci ildə açıqlayacağınızı demişdiniz. Bəlkə elə Siz də 6 il sonra keçiriləcək qitə çempionatına vəsiqə qazanmaq niyyətinizi bildirmək istəmisiniz?
- Mən bunu yox, başqa məsələni nəzərdə tutmuşam. Berti Foqtsun açıqlamasına gəldikdə, o da yığmamızın qarşısına bir hədəf qoyur. Amma 2016-cı ilədək Foqtsun yığmamızda qalıb-qalmayacağı bilinmir. Məhz buna görə millidə gəncləşdirmə prosesi aparılır və gələcəyin komandası təşkil olunur ki, bizi uğurla təmsil etsin. Hazırkı hədəfimiz isə 2012-ci ildə Azərbaycanda keçiriləcək dünya çempionatını peşəkar səviyyədə təşkil etməkdən ibarətdir. Bütün gücümüzü buna səfərbər etmişik. Hədəf hər zaman var. Amma bu, daha real olmalıdır. Avropa və ya dünya çempionatlarının final mərhələlərinə qatılmağa isə vaxt lazımdır.
 
- Elə isə Foqtsun populist açıqlama verdiyini düşünmürsünüz?
- Gəlin, səbirli olaq. 2012-ci ilədək gözləyək. Sonra da növbəti hədəflərimizi açıqlayarıq.
 
- Yoldaşlıq görüşləri üçün iki Avropa, bir Asiya ölkəsi ilə danışıqlar apardığınızı bildirmişdiniz. Macarıstan və Danimarka ilə yoldaşlıq görüşləri keçirəcəyiniz müəyyənləşib. Bəs Asiya təmsilçisi kimdir?
- Açığı, müxtəlif ölkələrlə danışıqlar aparır, mütəmadi əlaqə saxlayırdıq. Amma hesab edirəm ki, Macarıstanla yoldaşlıq görüşü keçirəcəyimiz təsdiqlənibsə, Danimarka variantı da rəsmiləşərsə, onda əlavə ölkə ilə yoldaşlıq görüşünə ehtiyac qalmayacaq. Danimarka variantı alınmasa, alternativimiz də var.
 
- 2011-ci ildə Azərbaycan futbolunun yaradılmasının 100 ili tamam olacaq. Bu münasibətlə hər hansı mərasim təşkil olunacaq?
- Bizim üçün gələn il çox önəmlidir. Azərbaycan futbolunun 100 yaşı tamamlanacaq. Bu münasibətlə inanılmaz, çox böyük tədbir keçirəcəyik. Çünki 100 illik yubiley bir dəfə olur. Biz çalışacağıq ki, bu mərasim yaddaşlarda dərin izlər buraxsın. Tədbirə dünya şöhrətli futbol xadimləri də gələcəklər. Artıq onlarla danışıqlar aparılır.
 
- Mükafatlandırma mərasimində yığmamızın baş məşqçisi Berti Foqts niyə iştirak etmir?
- Milli komandanı mükafatlandırmaq Berti Foqtsdan ayrıdır. Biz bunu mütləq bilməliyik. Çünki yığma ilboyu baş məşqçiyə bağlıdır. Amma yığmanın ən yaxşı futbolçularını seçərkən, Foqts və veteran futbolçu Ələkbər Məmmədov hərəyə bir səs verirlər. Qalan 24 səs isə Unibank Premyer Liqasında çıxış edən klubların baş məşqçilərinə məxsusdur. Onlar da burada idilər. Foqts jurnalistlərə açıqlamasında bu suala cavab vermişdi. Demişdi ki, Almaniyada Milad bayramı kimi çox önəmli bayram var. O, həmin mərasimdə iştirak etmək istədiyini bildirmişdi. Təbii ki, yığma komanda baş məşqçi ilə birgə içəri girsəydi, daha yaxşı olardı. Amma bizdə də dini mərasimlər olur. Ona görə də tədbirimizi bəzi günlərə təyin etmədik.
 
- Bəs AFFA-nın prezidenti Rövnəq Abdullayevin tədbirdə iştirak etməməsi nə ilə əlaqədardır?
- Rövnəq müəllim tədbirə gəlməli idi. Amma bu gün Milli Məclisin çox vacib iclası keçirilir. Bu səbəbdən, iştirak edə bilmədi. Onun sözünü isə mən çatdırdım. (lent.az)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.