21 dekabr 2010 11:57
Premyer Liqanın iştirakçısı 7-ci dəfə ölkəsinin ən yaxşı futbolçusu seçildi
`Manchester United`in bolqar hücumçusu Dimitar Berbatov ardıcıl dördüncü, ümumilikdə isə yeddinci dəfə Bolqarıstanda ilin ən yaxşı futbolçusu seçilib. Azerisport.az xəbər verir ki, Berbatov artıq son dörd ildə, eləcə də 2002, 2004 və 2005-ci illərdə ölkəsinin ən yaxşı futbolçusu adını qazanıb.
Jurnalistlərin səsverməsində o, `Qazientepspor`un hücumçusu İvelin Popov və `Twente`nin qapıçısı Nikolay Mixaylovu qabaqlayıb. Xatırladaq ki, bu ilin mayında Berbatov yığma karyerasını başa vurub. O, 78 oyunda 48 qol vurmaqla ölkə rekordunun sahibidir.
