21 dekabr 2010 12:41
Serbiyalı futbolçu: `Qarabağ`dan yaxşı təklif var
Qazaxıstanın `Kayrat` klubunun oyunçusu Boyan Trkulya Azərbaycandan təklif aldığını bildirib. Azerisport.az xəbər verir ki, serbiyalı futbolçu bu haqda mətbuata belə açıqlama verib:
“Mənim agentim indi bəzi komandalarla danışıqlar aparır. Azərbaycanın `Qarabağ` klubundan yaxşı təklif var. Əvvəlki komandam olan Manamanın `East Riffa` klubundan da zəng etmişdilər, ancaq mən Bəhreyni istəmirəm”.
