21 dekabr 2010 00:43
`Bursaspor` azərbaycanlı futbolçu alır
Türkiyənin `Galatasaray` klubunun azərbaycanlı futbolçusu Servet Çetin karyerasını son ölkə çempionu `Bursaspor`un heyətində davam etdirə bilər. Azerisport.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı iddia irəli sürüb.
Qardaş ölkədən olan həmkarlarımızın fikrincə, iki klub arasında belə razılıq əldə olunub ki, bursalılar Volkan Şeni qarşı tərəfə verib, əvəzində məhz Çetini alacaqlar. Onlar həmçinin Çetin haqda ətraflı məlumat verərkən, onun həqiqətən Azərbaycan əsilli olduğunu da vurğulayıblar.
Qeyd edək ki, adıçəkilən hər iki futbolçu hazırkı klublarında elə də yaxşı günlər keçirmir və dövrələrarası fasilədə başqa komandaya keçidləri istisna olunmurdu.
