21 dekabr 2010 12:55
Sadıq Sadıqov “Avropada ilin klub prezidenti” oldu
Dünən İstanbul Ceylan Beynəlxalq Mərkəzində Türkiyənin ən böyük informasiya agentliklərindən olan "Spor Ajans"ın "İlin idman adamları" beynəlxalq mükafatlandırma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə "Bursaspor" futbol klubunun prezidenti İbrahim Yazıcı, baş məşqçisi Ərtoğrul Sağlam, İstanbul şəhərinin meri Kadir Topbaş, Bursa, Kayseri və Ceylanın bələdiyyə başçıları, İran Futbol Federasiyasının prezidenti Əli Kafaşian, məşhur basketbolçu Allen Ayverson, eləcə də tanınmış futbolçular – hollandiyalı Pyer Van Hoydonk, Oktay Derelioğlu, Ogün Temizkanoğlu, eləcə də Türkiyənin tanınmış idman yazarları, jurnalistləri iştirak ediblər.
"Spor Ajans" informasiya agentliyinin qərarına əsasən, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev "Şərəf mükafatı"na, "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov isə "Avropada ilin klub prezidenti" mükafatına layiq görülüb. Hər iki mükafatı Sadıq Sadıqova "Bursaspor" klubunun baş məşqçisi Ərtoğrul Sağlam təqdim edib.
