22 dekabr 2010 13:17
Berti Foqts Dubaya aparacağı oyunçuların adlarını açıqladı
2011-ci il yanvarın 27-dən fevralın 10-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışı və yoldaşlıq oyunları keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Berti Foqts əsas komandamızın düşərgəsinə aşağıdakı futbolçuları dəvət edib:
Qapıçılar: Kamran Ağayev (Xəzər Lənkəran), Aqil Məmmədov (Bakı), Andrey Popoviç (Abşeron).
Müdafiəçilər: Rəşad Sadıqov (Eskişehirspor, Türkiyə), Saşa Yunisoğlu (Qəbələ), Vladimir Levin (İnter), Vurğun Hüseynov (Turan), Rail Məlikov, Ruslan Abışov (hər ikisi `Neftçi`), Maksim Medvedev, Samir Abasov (hər ikisi `Qarabağ`), Elnur Allahverdiyev – (Xəzər Lənkəran).
Yarımmüdafiəçilər: Əziz Quliyev, Fabio Luis Ramin (Bakı), Samir Zərgərov (Gəncə), Amit Quluzadə, Cavid Hüseynov (hər ikisi `Neftçi`), Rahid Əmirquliyev (Xəzər Lənkəran), Aleksandr Çertoqanov (İnter), Mahir Şükürov (Anji, Rusiya), Elnur Abdullayev (Muğan), Elvin Məmmədov (Qarabağ), Arif İsayev (Qəbələ).
Hücumçular: Vüqar Nadirov, Rauf Əliyev (hər ikisi `Qarabağ`, Vaqif Cavadov (Bakı), Murad Hüseynov – klubsuz.
Ehtiyat heyət: Fərhad Vəliyev (Qarabağ), Səlahət Ağayev (İnter), Aqil Nəbiyev (AZAL), Ruslan Əmircanov (Neftçi), Arif Daşdəmirov (İnter), Emin Cəfərquliyev (Bakı), Cavid İmamverdiyev (Neftçi).
