22 dekabr 2010 13:37
Arif Əsədov: İndi növbə `Turan`ındı
`Neftçi`nin baş məşqçisi Arif Əsədov Premyer Liqanın 19-cu turunun `Turan`la oyunu ərəfəsində fikirlərini açıqlayıb. Azerisport.az saytına paytaxt klubunun çalışdırıcısı bunları söyləyib:
“Hər kəs `Neftçi` üzərində qələbə qazanmaq istəyir. Mən hələ `Gəncə` ilə oyundan öncə demişdik ki, son iki oyundan 6 xal toplamalıyıq. `Gəncə`ni artıq məğlub etmişik, indi növbə `Turan`ındı. Biz hələ Tovuzda itirdiyimiz iki xalı unutmamışıq. Onda bu, bizə çox ağır zərbə olmuşdu. İndi mütləq qələbə qazanmalıyıq. Fasiləyə yaxşı əhval-ruhiyyədə yollanmaq üçün buna məcburuq”.
