22 dekabr 2010 13:48
Revaz Dzodzuaşvili: `Neftçi`yə qalib gəlmək üçün hər şeyi edəcəyik
`Turan`ın baş məşqçisi Revaz Dzodzuaşvili Premyer Liqanın növbəti turunda qarşılaşacaqları `Neftçi` ilə oyun ərəfəsində fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında gürcü mütəxəssis bunları dilə gətirib:
“Prinsipcə, biz mütləq bu çətin vəziyyətdən çıxmalıyıq. Bu görüşdə də mütləq qələbə qazanmalıyıq. Təhlükəli zonadan çıxmaq istəyirik. Buna görə də qarşımıza maksimum nəticə qazanmağı qoymuşuq. Bu yolda hər şeyi edəcəyik. Ancaq düşünürəm ki, qazanacağımız 1 xal da pis hesab oluna bilməz. `Qarabağ`la kubok, `Qəbələ`ylə son oyunda yetirmələrim göstərdi ki, biz səfərdə də oynamağı bacarırıq. Ümidvaram ki, bunu qarşıdakı oyunda da göstərə biləcəyik”.
