22 dekabr 2010 01:22

`Turan`dan AFFA-nın qərarına etiraz

19.12.2010-cu il tarixdə keçirilən Premyer Liqanın 18-ci turunun `Turan` - `Simurq` oyunundan sonra baş verən olaylar AFFA İntizam Komitəsi tərəfindən cavabsız qalmadı. Azerisport.az xəbər verir ki, Tovuz klubu, futbolçularının rəqib oyunçuları döyməsinə görə sərt cəzalara “layiq görüldü”.
 
Lakin deyəsən, bu cəzalar `Turan` rəhbərliyini razı salmayıb. Hər halda belə olmasaydı, onlar klubun rəsmi saytı vasitəsilə aşağıdakı etiraz bəyanatını yazmazdılar:
 
“Turan – Simurq oyunundan sonra baş verən olaylar bizim üçün də üzücüdür. Ancaq hesab edirik ki, İntizam Komitəsinin çıxardığı qərarlar həddindən artıq sərtdir.
 
Məlumat üçün bildirmək bildirmək istəyirik ki, oyundan sonra `Turan` klubunun futbolçusu Muammer Erdoğdu ilə `Simurq`un futbolçusu Elnur Abbasov arasında şəxsi münasibətlər zəminində yaranan mübahisə sonradan hay-küyə səbəb olmuşdur. Mübahisə qısa zamanda yekunlaşmış və futbolçular hərə öz soyunub-geyinmə otağına yollanmışdır. Həmin hadisə həddindən artıq şişirdilmişdir. `Simurq`un müdafiəçisi, münaqişədə tərəf kimi iştirak edən Elnur Abbasov da Muammer Erdoğdu ilə aralarında sadəcə mübahisənin baş verdiyini bildirdi. `Simurq`un kapitanı Samir Əliyev də mətbuata verdiyi açıqlamada bu məqamın şişirdildiyini və ciddi heç bir şeyin olmadığını deyib: “Fikrimcə, orada güclü dava olmayıb. Sadəcə, bu insidenti şişirtdilər”.
 
`Simurq`la `Turan` arasında keçirilən görüş zamanı heç bir insident baş vermədi, oyun dostluq və əsl futbol mübarizəsi ab-havasında başa çatdı. İstər futbolçuların, istərsə də azarkeşlərin `Simurq`a qarşı heç bir xoşagəlməz hərəkətləri olmamışdır. İndiyədək komandamızda belə xoşagəlməz hala rast gəlinməyib. Üstəlik 3 ildi `Turan`ın şərəfini qoruyan Muammer Erdoğdunu hamı intizamlıl futbolçu kimi tanıyır. 3 ildə onun adı heç bir qalmaqalda hallanmayıb. Bir dəfə də olsun qırmızı vərəqə ilə cəzalanmayıb.
 
Bundan əlavə qeyd etmək yerinə düşər ki, `Simurq`la `Turan` arasında bağlılıq Tovuz futbol məktəbinin bir neçə nümayəndəsinin, o cümlədən Elnur Abbasovun Zaqatala təmsilçisində çıxış etməsidi. Bütün bunları nəzərə alaraq, İntizam Komitəsinin Muammer Erdoğdu ilə bağlı ilə qərarına yenidən baxacağını və bu cəzanın yüngülləşəcəyinə inandığımızı bildiririk”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.