22 dekabr 2010 14:15
`Neftçi` `Turan`la oyunun hazırlıqlarını bu gün başa çatdıracaq
`Neftçi` Premyer Liqanın 19-cu turunda qarşılaşacağı `Turan`la oyunun hazırlığını bu gün başa çatdıracaq. Azerisport.az xəbər verir ki, komanda üzvləri görüşün keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda saat 15:00-da son məşqə çıxacaq.
Qeyd edək ki, dekabrın 23-də keçiriləcək `Neftçi` – `Turan` qarşılaşması saat 15:00-da start götürəcək.
