22 dekabr 2010 14:30
`Qarabağ` XL-la oyunun hazırlıqlarını yekunlaşdırdı
`Qarabağ` artıq Premyer Liqanın qış fasiləsi ərəfəsindəki sonuncu – 19-cu turunun `Xəzər Lənkəran`la oyununa hazırdı. Azerisport.az xəbər verir ki, dünən axşam Lənkərana çatan Ağdam təmsilçisi istirahət edib.
Bu gün səhər saat 11-də isə Qurban Qurbanovun yetirmələri oyunun keçiriləcəyi Lənkəran şəhər stadionunda 1saatlıq məşq edib. Belədə oyunun hazırlıqlarını tamamlayan komanda oyun saaatını gözləməyə başlayıb.
Xatırladaq ki, bu qarşılaşma dekabrın 23-də saat 17:00-da start götürəcək. Oyunu Rövşən Əhmədovun başçılıq edəcəyi hakimlər briqadası idarə edəcək.
